Ceyhun Sultanov: “Sabah”ın qarşısını almaq çətin olacaq”
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah" hazırda yaxşı formadadır. Onların qarşısını almaq çətin olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Hazırda agent kimi fəaliyyət göstərən veteran oyunçu Misli Premyer Liqasında həlledici mərhələnin başladığını vurğulayıb:
"Düzdür, hələ qarşıda bir neçə tur var. Komandaları həlledici oyunlar gözləyir. Millilərin oyunlarına görə yaranmış fasilədən sonra çempionatda çox gərgin qarşılaşmalara şahidlik edəcəyik. Heç kəs itirmək istəmir".
Sultanov xüsusilə çempionluq mübarizəsində "Qarabağ" və "Sabah" arasında maraqlı rəqabətin olacağını, "bayquşlar"ın bu yöndə rəqibindən bir addım olduğunu da vurğulayıb:
"Düşünürəm ki, "Qarabağ" üçün hazırda yaxşı formada olan "Sabah"la mübarizə aparmaq çətindir. Kim həlledici anda psixoloji cəhətdən üstün olacaqsa, çempionluğu da o bayram edəcək. olacaq. "Karvan-Yevlax" isə böyük ehtimalla, elitanı tərk edəcək. Yevlax təmsilçisi son görüşlərdə mübariz təsir bağışlasa da, rəqiblərindən çox geri qalır".
Qeyd edək ki, hazırda aktivində 62 xal olan"Sabah" zirvədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən "Qarabağ" isə 52 xalla ikincidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 23 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















