Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 1 noyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Elnur Həsən Mikayıl bu ali təhsil ocağının rektorluğuna namizədliyini irəli sürüb
Azərbaycanlı professor AZƏRTAC-a müsahibəsində Ankaraya dəvət aldığını və yaxın günlərdə Türkiyə Ali Təhsil Şurasının (YÖK) nümayəndələri ilə görüşəcəyini bildirib.
“Türkiyə qanunvericiliyinə görə, rektor vəzifəsinə namizədlər siyahısından ən nüfuzlu üç namizəd seçiləcək və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Son qərar dövlət başçısının səlahiyyətlərinə aiddir”, - deyə o bildirib.
Türkiyədə elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən azərbaycanlı alim geniş elmi təcrübəsini və biliklərini ali təhsilin idarə olunması sahəsində fəal şəkildə tətbiq etməyi hədəfləyir.
E. Mikayıl əslən bakılıdır. O, 1994-cü ildə Dehlidə keçirilən Beynəlxalq İnformatika və Riyaziyyat Olimpiadasına dünyaca məşhur Azərbaycan alimi Azad Mirzəcanzadə tərəfindən ölkəmizi təmsil etmək üçün seçilən altı məktəblidən biri olub.
Həmyerlimiz ali təhsilini Türkiyədə alıb, orada Selçuk Universitetində (Konya) beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib.
2011-ci ildən bəri alim Qafqaz Universitetində müxtəlif vəzifələrdə çalışıb və hazırda orada Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsini tutur.
Alim özünün doktorluq dissertasiyasında Atatürk dövründə Türkiyə-Azərbaycan münasibətlərini araşdırıb, 2023-cü ildə professor adına layiq görülüb.
O, həmçinin TURAN-SAM Avrasiya Strateji Araşdırmalar Mərkəzinin təsisçi prezidentidir.
Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verən professorun ehtimal olunan liderliyi Qafqaz Universitetinin regional və beynəlxalq akademik əlaqələrinin inkişafı üçün əhəmiyyətli perspektivlər vəd edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 01 Noyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















