CeyLo əkizləri ilə Romada Fotolar
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur ulduz Cennifer Lopez 18 yaşlı əkizləri Maks və Emma ilə İtaliyaya yollanıb.
Axşam.az xəbər verir ki, 57 yaşlı müğənni övladları ilə birlikdə onların kollecə başlamazdan əvvəl son günlərini birlikdə keçirmək üçün Romaya səyahət edib.
Sənətçi bu dövrün onun üçün xüsusi və duyğusal olduğunu bildirib. Cey Lo "Watch What Happens Live" proqramında açıqlamasında əkizlərinin evdən ayrılmağa hazırlaşdığını deyib:
"Bu, emosional bir zamandır. Biz hər zaman birlikdə idik".
Cennifer Lopez uşaqları ilə Romada Kolizeyi ziyarət edib, şəhərin küçələrində gəzib və yerli mətbəxdən zövq alıb. Müğənni səfər zamanı zərif geyim tərzi ilə də diqqət çəkib.
Qeyd edək ki, Maks və Emma Cennifer Lopezin məşhur müğənni Mark Entoni ilə nikahından dünyaya gəlib. Cütlük 10 il evli olub.
Baxış sayı:117
Bu xəbər 30 İyul 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















