Ceyms Uebb bizə ən yaxın qara dəliyin yaxınlığında su aşkar edib
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qalaktikamızdakı qara dəliyin yaxınlığında qeyri-adi bir hadisə baş verir.
«Ceyms Uebb» teleskopu vasitəsilə aparılan yeni müşahidələr Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəlik – Oxatan A (Sagittarius A) ətrafında nələrin baş verdiyini müəyyən etməyə imkan verib. Oxuməni.az xəbər verir ki, bu barədə “Space.com” məlumat yayıb.
«Ceyms Uebb» qara dəliyin yaxınlığında yerləşən IRS 3 ulduzunun şəkillərini çəkib. Təsvirlər orta infraqırmızı diapazonda əldə edilib. Ulduz Oxatan A-dan cəmi 0,55 işıq ili məsafəsində yerləşir və öz həyat dövrünün sonuna yaxınlaşır. O, genişlənir, soyuyur və ətraf mühitə qaz püskürür. Müqayisə üçün qeyd edək ki, Yer kürəsi qara dəlikdən 26 min işıq ili məsafəsində yerləşir.
Ulduzun müşahidələri orta infraqırmızı diapazonda işləyən MIRI (Mid-Infrared Instrument) aləti vasitəsilə aparılıb. Əldə edilən məlumatlar sayəsində alimlər ulduzu əhatə edən qaz-toz təbəqəsində oksigenlə zəngin toz və su aşkar edə biliblər. Qeyd edək ki, bu bölgədə su ilk dəfədir ki, tapılır.
Bu cür müşahidələr sayəsində alimlər qara dəliklərin yaxınlığındakı qeyri-adi şəraiti və onların yaxınlıqdakı ulduzlara necə təsir etdiyini öyrənə bilirlər. Suyun aşkar edilməsi xüsusilə gözlənilməz olub və gələcək tədqiqatlar üçün yeni istiqamətlər aça bilər.
Daha əvvəl alimlər «Ceyms Uebb» teleskopunun köməyi ilə Günəş sistemindəki kiçik bir göy cisminin halqalar sisteminin əvvəllər düşünüləndən daha maraqlı olduğunu aşkar etmişdilər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Sentyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















