Ceyranbatan qəsəbəsində qaz olmayacaq
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Bu gün saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.




