Ceyranbatanda qaz kəsiləcək
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
05.12.2024-cü il saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan "Unikal"a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ceyranbatanda qaz kəsiləcək
05 Dekabr 2024 13:16

