Icma.az
close
up
RU
Cəzaçəkmə müəssisələrinə xəbərdarlıq etmədən daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edilib

Cəzaçəkmə müəssisələrinə xəbərdarlıq etmədən daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edilib

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma qaydasında dəyişiklik edilib.

BAKU.WS-in məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq Qərar imzalayıb.

Sənədə əsasən, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaqlar.

Həmçinin, Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejim idarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaqlar.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Ədliyyə Nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın Ədliyyə Naziri və onun müavini), PX-nin rəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi və müavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri, habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılırlar.

Məlumat üçün bildirək ki, qərar dekabrın 29-da qəbul edilib, dekabrın 30-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 31-də qüvvəyə minəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri