Icma.az
close
up
RU
Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib

Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikasında şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr həyata keçirilib.

"Report" xəbər verir ki, ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Naxçıvanda yerləşən bir sıra müəssisələrdə, o cümlədən istintaq təcridxanasında, qarışıq tipli cəzaçəkmə müəssisəsində, müvəqqəti saxlama yerində, psixi xəstəliklər dispanserində və qanunsuz miqrantların saxlanılması mərkəzində monitorinqlər keçiriblər.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması olub.

Başçəkmələr çərçivəsində müvafiq müəssisələrin yaşayış korpuslarına, yataqxanalarına, tibb-sanitar hissəsinə, görüş yerinə, yeməkxana, mətbəx və digər obyektlərə baxış keçirilib, rəftar və saxlanma şəraiti, tibbi xidmətin təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb, sənədləşmə yoxlanılıb.

Qeyd edilən müəssisələrdə saxlanılan bir sıra şəxslər MPQ üzvləri tərəfindən müraciətləri və ya təsadüfi seçim əsasında qəbul edilib. Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda həmin müəssisələrin rəhbərliyi ilə söhbətlər aparılıb, aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı həmin müəssisələrin tabe olduğu nazirlik və xidmətlərə müraciətlər ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see187

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see155

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see148

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see139

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see134

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see134

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see123

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see122

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see120

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see118

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see118

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see116

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see116

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri