Icma.az
close
up
RU
ChatGPT intihara təhrik edir? Məhkəmələrə kütləvi şikayət

ChatGPT intihara təhrik edir? Məhkəmələrə kütləvi şikayət

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ və Kanadadakı ailələr “ChatGPT” adlı məşhur çat-botu hazırlayan "OpenAI" şirkətinə qarşı Kaliforniya ştatının məhkəmələrinə yeddi iddia qaldırıblar. Onlar şirkəti intihara təhrikdə ittiham edirlər.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məhkəmə ərizələrinə görə, dörd nəfər, o cümlədən Corciyadan olan 17 yaşlı yeniyetmə və Texasdan olan 23 yaşlı gənc intihar edib, daha üç nəfər isə "ChatGPT" ilə uzunmüddətli ünsiyyətdən sonra ciddi psixoloji travma alıb.

İddiaçılar bildirirlər ki, “insanlar çat-botla uzun söhbətlərdən sonra bəzən xəyalpərəst və ya sayıqlama vəziyyətinə düşür, bu da intihara gətirib çıxarır”. Onlar kompensasiya ödənilməsini və "ChatGPT"də avtomatik söhbəti dayandıran mexanizmlərin tətbiqini tələb edirlər.

OpenAI bəyanat yayaraq bu vəziyyəti “dəhşətli” adlandırıb. Şirkətin açıqlamasında deyilir:

“Biz bütün sənədləri öyrənirik ki, detallar aydınlaşdırılsın”.

OpenAI həmçinin oktyabr ayında edilən dəyişikliklərə diqqət çəkib — həmin yeniliklər çat-botun psixi pozuntuları daha yaxşı tanımasına, insanları real yardım üçün yönləndirməsinə imkan verir.

“Biz "ChatGPT"nin həssas anlarda reaksiyasını daim təkmilləşdiririk,” – deyə şirkətdən bildirilib.

Qeyd edək ki, daha əvvəl verilən məlumata əsasən, hər həftə 1 milyondan çox insan "ChatGPT" ilə intihar mövzusunda danışır.

"TechCrunch" texnologiya portalının hesablamalarına görə, istifadəçilərin təxminən 0,07%-i hər həftə psixoz və ya mani kimi kəskin psixi pozuntu əlamətləri göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri