Icma.az
close
up
RU
ChatGPT” paylaşım keçidləri üzərindən zərərli proqram kampaniyası aşkarlanıb

ChatGPT” paylaşım keçidləri üzərindən zərərli proqram kampaniyası aşkarlanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 iyun, AZƏRTAC

Təhdid aktorları “ChatGPT”nin məzmun paylaşımı (shared conversation) funksiyasından sui-istifadə edərək istifadəçilərə saxta nasazlıq bildirişləri göstərir və onları “ChatGPT” masaüstü tətbiqi adı altında zərərli proqram yükləməyə yönləndirirlər.

Aşkarlanan kampaniyada “ChatGPT” axtaran istifadəçilər “Google” reklamları vasitəsilə “chatgpt.com” domenində yerləşən paylaşılmış səhifəyə yönləndirilir. Səhifə legitim domen üzərindən açıldığı üçün istifadəçidə etibarlı mənbə təəssüratı yaradır. Lakin burada adi söhbət məzmunu əvəzinə “ChatGPT”nin veb versiyasının müvəqqəti olaraq əlçatan olmadığı barədə saxta bildiriş göstərilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatında bildirilib.

Məlumata əsasən, saxta bildirişdə yüksək istifadəçi trafiki səbəbindən veb-saytın müvəqqəti olaraq işləmədiyi qeyd olunur və istifadəçilərə xidmətdən istifadəni davam etdirmək üçün masaüstü tətbiqi yükləmək təklif edilir. Bu yanaşma istifadəçini təcili qərar verməyə sövq edir və yükləmə düyməsinə klik etməsinə şərait yaradır.

Ənənəvi fişinq səhifələrindən fərqli olaraq, bu kampaniyada saxta bildiriş ayrıca hücumçu infrastrukturunda deyil, “ChatGPT”nin məzmun təqdimetmə imkanları (content rendering capabilities) vasitəsilə göstərilir. Hücumçular xüsusi HTML və CSS məzmunu yaradaraq onu “chatgpt.com/s/” formatlı paylaşım keçidi ilə yayımlayırlar. Nəticədə istifadəçi saxta səhifəni legitim “ChatGPT URL”i üzərindən görür.

Yükləmə düyməsinə klik edən istifadəçi “OpenAI”nin masaüstü tətbiq yükləmə səhifəsini imitasiya edən ayrıca veb-sayta yönləndirilir. Məlumata görə bu sayt hədəflənmiş istifadəçilərə zərərli məzmun göstərmək, təhlükəsizlik analiz sistemlərinə isə zərərsiz səhifə təqdim etmək üçün “cloaking” texnikasından istifadə edir. Beləliklə, kampaniya həm istifadəçini aldatmağa, həm də avtomatlaşdırılmış təhlükəsizlik yoxlamalarından yayınmağa çalışır.

Sözügedən sayt “Windows” və “macOS” üçün yükləmə faylları təqdim edir. Bu fayllar “ChatGPT” masaüstü tətbiqi kimi göstərilsə də, cihazlara zərərli proqram quraşdırır. “Windows” üçün təqdim edilən faylın təhlili zamanı onun cihazın real istifadəçi mühiti, yoxsa virtual analiz mühiti olduğunu müəyyənləşdirmək üçün müxtəlif yoxlamalar apardığı bildirilib. Bu davranış zərərli proqramlarda təhlükəsizlik tədqiqatlarını çətinləşdirmək məqsədilə istifadə olunan üsullardan biridir.

Bu kampaniya göstərir ki, təhdid aktorları artıq yalnız saxta domenlərdən deyil, legitim süni intellekt platformalarının paylaşım imkanlarından da hücum zəncirinin bir hissəsi kimi istifadə edirlər. Buna görə istifadəçilər proqramları yalnız rəsmi mənbələrdən yükləməli, reklamlarda təqdim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri