Icma.az
close
up
RU
ChatGPT yə deyə bilmədiklərimiz: Qadağaların və məhdudiyyətlərin tam siyahısı

ChatGPT yə deyə bilmədiklərimiz: Qadağaların və məhdudiyyətlərin tam siyahısı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Süni intellektlə söhbətlər həyatımızın bir parçasına çevrilib, lakin onlar bizdən öyrəndikləri qədər biz də onlara çox şey açıqlayırıq. Çatlar artıq təkcə cavab vermir, həm də məlumatları “xatırlayaraq” fərdiləşdirilmiş dialoq qura bilir. Bu, rahat görünür, amma müəyyən risklər də yaradır.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Çat-botların yaddaşı ya qısamüddətli olur (yalnız mövcud sessiyanı xatırlayır), ya da uzunmüddətli (platforma sizin haqqında faktları saxlayır və sonrakı söhbətlərdə istifadə edir). Bu, vaxtınıza qənaət edir, eyni məlumatları təkrar-təkrar soruşmur, məsləhətləri daha uyğun edir.

Üstünlüklər və risklər

Fərdiləşdirmə söhbəti insaniləşdirir. Bot sizin kofe sevdiyinizi və ya müəyyən dərmanları qəbul edə bilmədiyinizi xatırlayaraq uyğun məsləhətlər verir. Lakin risk də var. Yaddaş yanlış şərhlər verə, gözləmədiyiniz anda şəxsi məlumatı “xatırlada”, yaxud sızma nəticəsində kənarlara ötürülə bilər.

Heç vaxt paylaşmamağınız gərəkən məlumatlar

1.Şəxsi məlumatlar – pasport, sürücülük vəsiqəsi, ünvan, telefon, doğum tarixi.

2.Sağlamlıq məlumatları – analiz nəticələrini göndərərkən şəxsi detallarınızı silin.

3.Maliyyə məlumatları – bank kartı nömrələri, PİN kodlar, investisiya hesabları.

4.İş sirrləri və kod – daxili sənədlər, müştəri məlumatları, məxfi layihələr.

5.Login və şifrələr – onların saxlanması üçün menecerlər var, İA bu məqsəd üçün etibarlı deyil.

Özünüzü necə qorumalı

Çatları silin – sessiya bitəndən sonra söhbətləri təmizləyin.

Müvəqqəti chatdan istifadə edin – ChatGPT-də “temporary chat” funksiyası məlumatların saxlanmamasını təmin edir.

Anonim sorğular göndərin – məsələn, DuckDuckGo-nun Duck.ai xidməti ilə.

Hesabınızı qoruyun – güclü şifrə və iki faktorlu identifikasiya vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see158

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see144

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see140

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see137

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see135

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see133

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see130

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see129

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see129

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see129

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see129

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see128

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see128

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see128

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see127

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see126

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see125

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see125

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see124

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri