“ChatGPT”nin məsləhətinə əməl etdi, həyatını itirdi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ-də bir ailə epilepsiya xəstəliyindən əziyyət çəkən 31 yaşlı qızlarının ölümünə görə “OpenAI” şirkətini məhkəməyə verir. Ailənin bildirdiyinə görə, qadın epilepsiya dərmanlarını dayandırmaq üçün “ChatGPT”dən tibbi məsləhət alıb və bu tövsiyəyə əməl etməsi onun faciəli ölümü ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, Vaşinqton ştatında qeydə alınan hadisə zamanı Boven Van işdən çıxarıldıqdan sonra yeni iş tapmaq üçün təzyiq altında olub.
Dərmanların yan təsirlərinin müsahibələr zamanı danışıq və düşünmə qabiliyyətinə mənfi təsir göstərdiyini düşünən qadın süni intellekt çatbotuna müraciət edib.
Məhkəməyə təqdim edilən iddiaya görə, “ChatGPT” Van üçün dərmanları mərhələli şəkildə dayandırmaq planı hazırlayıb və bu prosesi həkimlərindən gizli saxlamağı tövsiyə edib. Çatbotun ona “Artıq səni davam etdirmək üçün dərmana ehtiyacı olan biri deyilsən” kimi ifadələr yazdığı bildirilir.
Qadın bu məsləhətlərə əməl etdikdən sonra evində epileptik tutma keçirərək həyatını itirib.
Ailənin vəkili Metyu Berqman “OpenAI”ın məhsulunu tibbi məlumat mənbəyi kimi təqdim etdiyini və şirkətin verdiyi məlumatlara etibar etməyin məqsədəuyğun olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 31 Oktyabr 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















