Icma.az
close
up
RU
CHP dəki böhran AKP nin işinə yarayacaq? Turan Rzayev

CHP dəki böhran AKP nin işinə yarayacaq? Turan Rzayev

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə siyasəti yenidən ciddi bir böhranın içindədir.

Bir vaxtlar AKP-yə qarşı ən böyük alternativ hesab olunan CHP indi öz daxilində hakimiyyət savaşına sürüklənib.

Ankara Məhkəməsinin qərarı ilə Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qaytarılması isə bu qarşıdurmanı sadəcə partiyadaxili mübahisə olmaqdan çıxarıb, Türkiyənin gələcək siyasi balansına təsir edə biləcək yeni mərhələyə çevirib.

Bu gün CHP-də yaşananlar təkcə iki siyasətçinin mübarizəsi deyil.

Burada köhnə ilə yeninin, ənənəvi siyasətlə dəyişiklik iddiasının, məhkəmə qərarı ilə legitimlik qazanan rəhbərliklə siyasi meydanda dəstək toplamağa çalışan yeni nəslin qarşıdurması var.

Türkiyə siyasi tarixinə baxdıqda isə görünür ki, belə parçalanmalar bəzən partiyaları zəiflədib, bəzən isə ölkənin siyasi xəritəsini tamamilə dəyişdirən yeni güclər yaradıb.

Azərbaycanda da müzakirəsi gedən bu məsələ ilə bağlı Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, Türkiyə siyasətində sular durulmur:

“Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələrinin ləğv edilməsindən sonra Kamal Kılıçdaroğlu yenidən rəsmən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb. Artıq məhkəmənin müvafiq qərarı ona təqdim edilib. Lakin Özgür Özəl də təslim olmaq niyyətində deyil. O da özünü sədr elan edib. Bir tərəfdə məhkəmə qərarı ilə yenidən partiya rəhbərliyinə qaytarılan Kamal Kılıçdaroğlu, digər tərəfdə isə “mübarizə bitməyib” mesajı verən Özgür Özəl var”,- deyə o bildirib.

Siyasi şərhçi həmçinin deyib:

“Əslində, Türkiyə siyasi tarixində belə böhranlar dəfələrlə yaşanıb. Hətta deyərdim ki, Türkiyə siyasətinin ən xarakterik xüsusiyyətlərindən biri partiyadaxili savaşlar, parçalanmalar və məhkəmə müdaxilələridir. Bu baxımdan bu gün CHP daxilində baş verənlər tamamilə yeni hadisə deyil. Mənə görə Türkiyə siyasi tarixində ən məşhur parçalanmalardan biri 1970-ci illərdə Nəcməddin Ərbakan hərəkatında yaşandı. Həmin dövrdə sağ-sol qarşıdurmaları, küçə toqquşmaları, iqtisadi böhran və hərbi çevriliş təhlükəsi ölkəni demək olar ki, hər gün yeni siyasi böhrana sürükləyirdi. Məhz belə bir atmosferdə N. Ərbakan Türkiyədə “Milli Görüş” adlanan siyasi-ideoloji xətti qurmağa başladı. Ərbakan Milli Nizam Partiyasını yaratdı. Bu partiya daha çox dini-mühafizəkar kəsimin səsi kimi çıxış edir, o dövr üçün çox fərqli siyasi dil istifadə edirdi. Lakin Türkiyə ordusu və dövlətin dünyəvi qanadı bu yüksəlişdən ciddi narahat idi. Məhz buna görə 1971-ci ildə partiya bağlandı. Amma Ərbakan siyasətdən çəkilmədi. Bir müddət sonra bu dəfə Milli Səlamət Partiyasını quruldu. MSP qısa müddətdə güclənərək hökumət ortağına çevrildi. Hətta CHP ilə koalisiya qurduğu dövr də oldu. O illərdə Ərbakan artıq təkcə mühafizəkar siyasətçi deyil, böyük siyasi hərəkat lideri kimi görünürdü. Lakin əsas parçalanma və dönüş nöqtəsi sonrakı illərdə baş verdi. 1980-ci il hərbi çevrilişindən sonra Ərbakanın xətti yenidən qadağalarla üzləşdi. Buna baxmayaraq, onun ideologiyası yaşayırdı və bu xəttdən yeni nəsil siyasətçilər yetişirdi. 1990-cı illərdə isə artıq həmin hərəkat daxilində fikir ayrılığı başladı. Ərbakan daha ənənəvi və sərt “Milli Görüş” siyasətində qalmaq istəyirdi. Amma gənc siyasətçilər düşünürdülər ki, Türkiyə dəyişir və daha modern, daha praqmatik siyasət lazımdır. Bu gənclərin başında isə Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül vardı. Nəticədə böyük qopuş yaşandı. Ərbakanın siyasi xəttini davam etdirənlər başqa istiqamətə getdi, Ərdoğan və komandası isə 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) qurdu”.

Turan Rzayev son olaraq deyib:

“Türkiyədə partiyadaxili savaşlar bəzən partiyanı dağıdır, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi güc yaradır. CHP-də bu gün yaşanan böhranın diqqətlə izlənməsinin əsas səbəbi də məhz budur. Lakin işin problemli tərəfi budur ki, CHP daxilində köhnə yeniyə qarşı gəlir. Yəni Kılıçdaroğlu nə gəncdir, nə də dəyişiklik vədi verir. Əksinə, K. Kılıçdaroğlu jurnalistlərə açıqlamasında bildirib ki, “hamınıza söz verirəm, CHP-ni təsis prinsiplərinə qaytaracağıq”. Digər problemli tərəf isə hazırda CHP daxilindəki böhranın ən çox AKP-nin işinə yaramasıdır. Uzun illərdir alternativi olmadığını deyən partiya bu böhranı seçki kampaniyalarında sözün əsl mənasında istifadə edəcək. Yenə də istisna deyil ki, K. Kılıçdaroğlunun tələsik şəkildə partiya rəhbərliyinə gətirilməsi elə Rəcəb Tayyib Ərdoğan və komandasının işidir. Yuxarıda qeyd etdiyim kimi, Rəcəb Tayyib Ərdoğan vaxtilə bu proseslərdən keçib. Yəni oyunun qaydasını yaxşı bilir. Kamal Kılıçdaroğlunun potensialı və edə biləcəkləri hər kəsə bəllidir. Özgür Özəl isə yeni qan, yeni nəfəsdir. Yəni daha ciddi təhdid sayılır. Hesab edirəm ki, Özgür Özəl və tərəfdarları partiyanı asanlıqla Kamal Kılıçdaroğluna buraxmayacaq. Yəni mübarizə davam edəcək. Lakin mübarizə nəticəsiz olarsa, CHP-nin parçalanması da istisna deyil. Parçalanmış CHP Özgür Özəl üçün də çətin olacaq. Çünki AKP bunu da ustaca şəkildə seçkilərdə istifadə edəcək. Üstəlik, mühafizəkarlığın sürətlə artdığı bir Türkiyədə parçalanmış CHP və partiyanın yarı gücünə sahib Özgür Özəlin nə qədər effektiv olacağı ciddi sual altındadır”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri