CHP həmin qərarla bağlı YSK ya müraciət etdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) Ankara Bölgə Ədliyyə Məhkəməsinin dünən çıxardığı qərarla bağlı ölkənin Ali Seçki Komissiyasına (YSK) müraciət edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Ali Seçki Komissiyasında CHP-nin sözügedən etiraz ərizəsinə baxılacaq.
Partiya sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özel onlara verilən mandatı qorumaq üçün YSK-ya müraciət etdiklərini bildirib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.
Baxış sayı:168
Bu xəbər 22 May 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















