Icma.az
close
up
RU
Çia toxumunu necə istifadə etməli? ARAŞDIRMA

Çia toxumunu necə istifadə etməli? ARAŞDIRMA

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə populyarlaşan çia toxumu yalnız çəki nəzarətinə kömək etmir, həm də müəyyən xəstəliklərin inkişaf riskini azaldır. 

Bəs onlar necə istehlak edilməlidir?

"Cebheinfo.az"-ın araşdırmasına görə, lif və zülalla zəngin olan çia toxumlarının iltihab əleyhinə təsirlərinə görə, bir çoxları bu məhsula üstünlük verir. 

Viktoriya Bekhem, Qvinet Peltrou və Sasseks hersoginyası Meqan Markl kimi məşhurların sevimlisi olan bu qida, bir çox qidada, xüsusən də smuzilərdə, pudinqlərdə və yulaf başda olmaqla bir çox yeməklərdə qarşıya çıxır. 

Alimlər həmçinin bu toxumların sağlamlığa əhəmiyyətli faydalarının olduğunu təsdiqləyirlər.Heç vaxt quru halda istehlak etməyin

Yüksək səviyyədə “Omeqa-3” yağ turşuları və vacib minerallar ehtiva edən çia toxumları həzmi dəstəkləyir və iştaha nəzarətini asanlaşdırır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, son zamanlar çia toxumu istehlakı nəzarətdən çıxıb.

Çia toxumlarının şüursuz istehlakı həddindən artıq lif qəbulu səbəbindən müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Dietoloq Rob Hobson deyib ki, bu məşhur super qida marketinq strategiyası nəticəsində həyatımızda daha çox yayılıb və heç vaxt quru yeyilməməlidir.

Çia toxumları isladılmış halda öz çəkisinin 10-12 qatı qədər su uda bilir. İslatmadan udulduqda, bu şişkinlik prosesi boğulmağa, tıxanmaya və ya qida borusunda ciddi həzm problemlərinə səbəb ola bilər.

Amerika Qastroenterologiya Kolleci tərəfindən dərc edilmiş 2014-cü il hesabatında 39 yaşlı bir kişinin bir xörək qaşığı quru çia toxumu yeyib bir stəkan su içdikdən sonra az qala boğulacağı və təcili xəstəxanaya aparılacağı bildirilib.

Qida borusunda "xəmirə bənzər bir şeyə çevrilən" toxumlar həkimlər tərəfindən cərrahi yolla parçalanıb.Harvard Universiteti tərəfindən hazırlanmış təlimata əsasən, toxumlar "jele kimi" bir konsistensiyaya çatana qədər 15-20 dəqiqə saxlanılmalıdır. Bu mərhələdən sonra onlar yeməyə və ya yeməklərə əlavə etməyə hazırdırlar. 

İki xörək qaşığı kifayətdir

Çia toxumları bitki mənşəli zülal mənbəyi olduğu və qlütensiz olduğu üçün veqanlar və vegetarianlar tərəfindən geniş istifadə olunur. 

Həmçinin bildirilir ki, o, piylənmə və yüksək təzyiq kimi xəstəliklərdə iltihabı azaldır.Çia toxumlarında olan maqnezium qidanın enerjiyə çevrilməsində və sümük sağlamlığında mühüm rol oynayır. Bununla belə, qidalanma üzrə mütəxəssis Rob Hobson çia toxumlarının həddindən artıq istehlakına qarşı xəbərdarlıq edir.

Bütün liflə zəngin qidalarda olduğu kimi, çia toxumlarına da az miqdarda başlamaq və tədricən porsiya ölçüsünü artırmaq olar.

Rəsmi səhiyyə təşkilatları konkret yuxarı həddi müəyyən etməsələr də, ümumiyyətlə "orta" istehlakı tövsiyə edirlər.

Azərbaycanda istehlak getdikcə artır

Son illər Azərbaycanda da çia toxumunun istehlakı davamlı olaraq genişlənir. Belə ki, bu gün yalnız restoranlarda, kafelərdə deyil, vətəndaşlar özləri ev şəraitində bu məhsulun istehlakına geniş yer verir.

Qeyd edək ki, ölkəmizdə bu məhsulun istehlakı əsasən artıq çəkidən xilas olmaq məqsədilə istehlak edilir. Ölkə bazarındakı tələbat hələ də əsasən idxal - Türkiyə, İran, Avropa və Latın Amerikası hesabına ödənilir.

Yerli bazarda çia toxumu əsasən qatıqlara, desertlərə qatılaraq və ya salatlara əlavə edilərək istifadə edilir.Azərbaycanda çia toxumunu əsasən 20-45 yaş arası, orta və yüksək gəlirli insanlar alır. Həm fərdi, həm ailə, həm də idman klublarında istifadə artır. Sosial mediada, sağlamlıq bloqlarında və dietoloq məsləhətlərində çia toxumuna tez-tez rast gəlinir. 

Analitiklərin fikrincə, yaxın 5 ildə çia toxumunun qiymətləri tələbatın artması, iqlim dəyişiklikləri və logistika çətinlikləri fonunda bir qədər də arta bilər.

Əgər Azərbaycanda və regionda yerli istehsal başlasa, qiymətlərdə stabillik və aşağılaşma müşahidə oluna bilər. Qlobal bazarda isə çia toxumu yeni sağlamlıq məhsulları və innovativ qida məhsullarında daha geniş tətbiq olunacaq.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri