Icma.az
close
up
RU
Hil toxumunu necə istifadə etmək lazımdır? FAYDALARI

Hil toxumunu necə istifadə etmək lazımdır? FAYDALARI

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir. Deməli bir müddət sonra demək olar kənddə adam qalmır, hamısı ölür, amma bu iki adam sağ-salamat yaşamağa davam edir, bu insanların həyatı ilə, yediyi və içdikləri maraqlanan Osmanlı əsgərləri görürlər ki, bu insanlar hər gündə bir neçə dəfə 10-15 ədəd hili əzib bir stəkan kofeyə qarışdıraraq içirlər, bu qarışım taun kimi ağır bir yolxucu xəstəliyi özlərindən kənar tutmuşdur. Bundan sonra bütün Yəməndə bu içki geniş tətbiq edilmiş və qısa bir vaxtda xəstəlik epidemiyası aradan qalxmışdır.

İstifadə qaydası:

Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçündə çox faydalıdır. Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil 5 ədəd mixək təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için, mən bu çaydan içəndə 1 stəkan bu dəmləmə ilıq halda olanda 1 çay qaşığı bal qarışdırıb içirəm, olduqca dadlı və faydalı bir içkidir. Bu dəmləmədəki zəncəfil təzə zəncəfil olanda daha ləzzətli bir dəmləmə alınır. Hil həm də əsəb sakitləşdirici bir çaydır, axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur. Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz, çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir. Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol – bol hil çayı için. Ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir. Xatırladım ki, hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur. Qəhvəni belə hazırlaya bilərsiniz, deməli əvvəlcə hil qəhvə üyüdəndə üyüdülür sonra üçün birə nisbətində yəni 3 hissə qəhvə 1 hissə hil tozu bir-birinə qarışdırılır, sonra bu qarışımla qəhvə hazırlanılır və içilir. Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır, əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə onda aşağıdakı yazdığım bu mükəmməl qarışımdan istifadə edin.

Deməli hil və ud hindi bitkilərini bərabər miqdarda məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın ağzı kip bağlanılan şüşə bir qaba tökün gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz. Bəd xassəli şişlərdən qorunmaq üçün və əgər bu xəstəliyə tutulmusunuzsa orqanizmin immunitetini qüvvətləndirmək üçün hil və qarazirə toxumlarını üyüdüb (məsələn hərəsindən 100 qram) 1 kq bal ilə qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

fizulihuseynov

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri