Icma.az
close
up
RU
Təbii resurslara necə qənaət etməli? ARAŞDIRMA

Təbii resurslara necə qənaət etməli? ARAŞDIRMA

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya alternativ enerji imkanlarından istifadə etməsə təbii ehtiyatların tükənmə təhlükəsi var

Dünya əhalisinin sürətlə artması və dünya sərvətlərindən istifadə neft və qaz ehtiyatlarının, həmçinin içməli su ehtiyatlarının sürətlə tükənməsinin əsas səbəblərindəndir. Təbii ehtiyatların getdikcə azalması yeni enerji mənbələrinə ehtiyacın yaranmasına səbəb olur. Ona görə də təbii enerji mənbələri, içməli su ehtiyatları tamamilə tükənməzdən əvvəl mövcud ehtiyacları ödəmək üçün yeni enerji mənbələrinin tapılması və bu ehtiyatların davamlı olmasını təmin etmək çox vacibdir. Alternativ enerji mənbələri təbii ehtiyatlara qənaət edə biləcək yeni enerji növləridir.

Tükənən və tükənməyən enerji nədir?

Əslində, enerjinin nə olduğu haqqında çox geniş və əhatəli danışa bilərik. Fizikada enerji qısaca “sistemin iş görmək qabiliyyəti” kimi ifadə edilir. Enerjinin bir çox növləri var, məsələn, potensial enerji, kinetik enerji, istilik enerjisi, maqnit enerjisi və s. Kainatımızdakı resurslara nəzər saldıqda, enerji resurslarını tükənən və tükənməz resurslara ayıra bilərik. Tükənməyən ehtiyatlar tükənən ehtiyatlara alternativ olaraq yarandığından onlara alternativ enerji resursları deyilir. Tükənən ehtiyatlar istifadə olunduqca özünü yeniləyə bilməyən resurslardır.

Bu gün dünyamızda istifadə etdiyimiz bütün təbii enerji resursları tükənməkdə olan ehtiyatlardır. Bunları neft, kömür, təbii qaz və bir çox fərqli təbii ehtiyatlar kimi sadalaya bilərik. Bunun xaricində parçalanma yolu ilə enerji istehsalında istifadə etdiyimiz uran və torium kimi elementlər də tükənən ehtiyatlardır. İqtisadi hesablamalara görə, 20-ci əsrdə istifadə etdiyimiz enerjinin ən azı 15 qatı 21-ci əsrdə istifadə olunacaq. Bu, hazırda aşkar edilmiş qalıq ehtiyatlarımızın ən azı 80%-dən istifadə etmək deməkdir. Tükənməz və ya alternativ enerjinin əhəmiyyəti bu nöqtədə ortaya çıxır.

Alternativ enerjiləri ekoloji cəhətdən təmiz adlandırsaq da, belə elektrik stansiyalarının tikintisinə diqqət yetirilməzsə, ətraf mühitə ciddi ziyan vura bilər. Ətraf mühitə vurduğu ziyan baxımından qiymətləndirdiyimiz zaman ən təmiz enerjinin günəş və külək enerjisi olduğunu görürük. Artıq alternativ enerji istehsalına sərmayə qoyan ölkələrdə ən çox sərmayənin bu 2 enerji mənbəyinə yatırıldığını görə bilərik. Bu qaçılmaz bir həqiqətdir ki, ən azı indiyə qədər dünyamızın yaşana bilən planet olmasının qarşısını almaq və enerji etibarlılığımızı qorumaq baxımından yeganə həll yolu alternativ enerjiyə müraciət etməkdir.

Alternativ enerji mənbələrinin əhəmiyyəti

Alternativ enerji mənbələri təbii ehtiyatlardan istifadə edilmədən istehsal olunan enerji mənbələridir. Bu xüsusiyyət alternativ enerji mənbələrini daha davamlı edir. Bu cür enerji təminatı olarsa təbii qaz, kömür və neft kimi enerji resursları tükənməyəcək. Alternativ enerji mənbələri bərpa olunandır və ətraf mühitə daha az zərər verir. Bərpa olunan enerji günəş, külək kimi sonsuz enerji mənbələrindən istifadə edilərək əldə edilir.

Dünya ölkələri bəyan edirlər ki, enerji təchizatında bərpa olunan enerjinin payı, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə qalib gəlmək üçün yaxın illərdə kəskin şəkildə artmalıdır. Bu səbəbdən enerjinin əldə edildiyi yeraltı sərvətlər tükənməsə belə, daha dayanıqlı enerjilərə keçidin sürətləndirilməsi ətraf mühit və gələcək üçün çox vacibdir.

Alternativ enerji növləri

Alternativ enerji davamlı enerji kimi də tanınır. Bu enerji təbii resurslara alternativdir. Təbii ehtiyatlar gələcəkdə tükənəcəyi üçün dayanıqlı enerjilərin müəyyən dövrü olmalıdır və tükənməməlidir. Günəş və ya külək enerjisi alternativ enerji mənbələridir. Davamlı enerji tükənməzdir və dünya əhalisini daha uzun müddət enerji ilə təmin edə bilən mənbələrdən əldə edilir. Alternativ enerjiyə gəlincə, onun müxtəlif növləri var. Alternativ enerjinin ən çox istifadə edilən formaları günəş və küləkdir. Bundan başqa, hidroelektrik, biokütlə və nüvə enerjisi də var.

Günəş enerjisi, qeyd etdiyimiz kimi, ən çox istifadə edilən alternativ enerji növüdür. Ən bəsit forması, günəş panellərinin günəş işığını enerjiyə çevirməsi və onu özündə saxlamasıdır, həmçinin özündə topladığı enerjini elektrik şəbəkəsinə ötürür.

Alternativ enerjinin ikinci növü külək enerjisidir. Bu prosesdə kinetik enerji, külək turbinlərindən istifadə edərək elektrik enerjisi kimi istifadə edilə bilən enerjiyə çevrilir. Külək enerjisinin CO2 emissiyaları da “boz” elektrik enerjisindən 50 dəfə azdır və buna görə də daha davamlıdır.

Alternativ enerji olaraq, hazırda dünyada hidroenergetika enerji ehtiyacımızın kiçik bir hissəsini ödəyir. Bənddən axan su şırnağının altında quraşdırılmış qurğu vasitəsi ilə sudan enerji almağın üstünlüyü ondan ibarətdir ki, bu enerjinin əldə edilməsi zamanı təbiətə heç bir zərərli maddələr buraxılmır.

Biokütlə hər kəs tərəfindən alternativ enerji forması kimi qəbul edilmir. Bu metodun davamlılığı bəzən şübhə doğurur, çünki biokütlədən enerji əldə edilərkən müxtəlif materiallar yandırılır, mayalanır və qaza çevrilir. Məsələn, heyvanların peyinindən biokütlə kimi istifadə edib yanacaq əldə edilir, lakin istehsal prosesində təbiətə buraxılan qazın zərərli olma ehtimalları da düşünülür. Bununla belə, Hollandiya kimi bəzi ölkələrdə davamlı enerji istehsalının böyük hissəsi biokütlədən əldə edilir.

Ən çox müzakirə edilən alternativ enerji növlərindən biri də nüvə enerjisidir. Bu, getdikcə daha səmərəli hala gələn ucuz bir enerji növüdür. Bu, nüvə enerjisinin yaradılması prosesində yaranan nüvə tullantılarının emalı üçün də vacibdir. Dolayısı ilə təbiətə atılaraq ətrafın ekoloji çirklənməyə məruz qalmaması yerinə o tullantılardan səmərəli istifadə deməkdir.

Alternativ enerji növlərindən biri də geotermal enerjidir. Geotermal enerji yerin dərinliklərində tapılan istilikdir. O, yerin nüvəsinin istiliyindən əmələ gəldiyi üçün, dərinlik artdıqca temperatur da artır. Geotermal istilik çox etibarlı alternativ enerji mənbəyidir, çünki istilik hava şəraitindən asılı deyil. Geniş miqyasda hasil etmək asandır və karbon emissiyaları olmadığı üçün davamlıdır. Bu xüsusiyyətlər geotermal enerjini təbii qaza nisbətən daha dayanıqlı alternativ edir.

Alternativ enerji mənbəsindən istifadə nümunələri

Alternativ enerji təbii qaz, kömür və neftdən əldə edilən ənənəvi enerjidən fərqli olaraq, mədən yanacaqlarından istifadə edilmədən istehsal olunan enerji olduğundan, ətraf mühitə daha az zərər verir. Buna görə də alternativ enerji həm də yaşıl enerji və ya davamlı enerji adlanır. Xüsusilə, qlobal istiləşmə və biomüxtəlifliyin azalması kimi risklərin artması səbəbindən alternativ enerji mənbələri günü-gündən daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyada alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər var.

Məsələn, elektriklə işləyən avtomobillərin istehsalının artırılması və geniş tətbiqi neftdən asılılığın qarşısını almaq və karbon emissiyasını azaltmaq üçün çox faydalıdır. Bu gün karbon emissiyası alimlərin həll etməyə çalışdığı vacib bir problemdir. Karbon emissiyası atmosferə atılan karbon dioksid (CO2) qazıdır. Təbii olaraq tonlarla karbon dioksid atmosferə atılır. Təbii karbon emissiyalarının ən böyük mənbəyi okeanlar və atmosfer arasındakı karbon dioksid mübadiləsidir. İnsanlar, heyvanlar və bitkilər tənəffüs prosesi zamanı karbon dioksid yayırlar. Bunlarla yanaşı, təbiətdə ölən heyvanlar və bitkilər torpaqla qarışarkən, yenidən karbon qazı atmosferə qarışır.

Günəş enerjisi ilə işləyən dam panelləri də alternativ enerji mənbələrindən istifadənin yaxşı nümunəsidir. Bu panellər sayəsində həm fabrik-zavod kimi istehsal müəssisələri, həm də ev təsərrüfatları istilik və elektrik kimi əsas ehtiyaclarını rahatlıqla qarşılaya bilir. Yerləşdiyi yer sayəsində ölkəmiz günəş və külək enerjisindən istifadə üçün çox əlverişlidir. “Küləklər şəhəri” deyə xarakterizə edilən Bakıda küləkdən əldə edilən enerji olduqca böyük paya sahib ola bilər. Ölkəmizin artan əhalisi ilə birlikdə istehlakı artan enerji tələbatının təbiətə zərər vermədən daha qənaətli şəkildə əldə edilməsi daha məqsədəuyğun olardı.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see205

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see205

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see197

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see195

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see193

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see191

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see182

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see174

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see169

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see168

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see164

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see164

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see163

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see163

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see161

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see159

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see158

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see157

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri