Icma.az
close
up
RU
Cibim o pullardan şişmişdi

Cibim o pullardan şişmişdi

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xalq artisti Ağadadaş Ağayev iştirak etdiyi toyların birində başına gələn hadisədən söz açıb.

Milli.Az bildirir ki, bu haqda sənətklar qonaq olduğu Gün ortası verilişində danışıb.

Toydan 10 min dollar qonorar aldığını söyləyən Ağayev pulu həmin məclisdə iştirak edən aşıq Əli Tapdıqoğluna digər musiqiçilər arasında bölməsi üçün verdiyini bildirib:

"Günlərin bir günü bir toya dəvətli idim. Mənim də səhnə alacağım bəlli bir zaman var. Gəldim toya və başladım öz proqramımı oxumağa. Gördüm ki, həmkarım Xatirə İslam, Zamiq Hüseynov, aşıq Əli və aşıq Samirə Əliyeva da həmin məclisdədir. "Paçka" ilə cibimə pul qoydular. Gördüm ki, aşıq Əli yalnız cibimə baxır. Çünki cibim o pullardan şişmişdi. Məclis bitdi, gördüm ki, cibimdə 10 min dollar pul var. Bu pulu yalnız mənə vermişdirlər. Bütün adını çəkdiyim sənətçi dostlarımdan həmin məclisə ayrı gəlmişdim. Heç toyda onlarla əlaqəm belə yox idi. Sual verdim ki, burada ən təmiz oğlan kimdir. Aşıq Əli də cavab verdi ki, mən. Dedi ki, namaz qılıram, içki içmirəm və sairə... Götür bu 10 min dollar pulu apar payla... Yəni insafla payla, şirinlik ver, çünki gözləri qalmasın. Aşıq Əli pulu götürüb uzun müddət gəlib çıxmadı. Bu məsələni mən niyə burada deyirəm ona görə ki, Xatirə o məclisdə olub və hər şeyin şahidi olub. Bir müddət vaxt keçəndən sonra aşıq Əli qayıdıb gəldi. Məndə düşündüm ki, uşaqlara 2-3 min pul paylayar. 10 min dollardan cəmi 3 min dollar pul gətirib dedi ki, musiqiçi dostlarımız arasında o pulu payladım. Əslində mən heç o puldan nə qədər qaldığını bilmirdim sonradan saydım və 3 min dollar olduğunu bildim. Çox insaflı oğlandır. İndi də mən Xatirəyə sual vermək istəyirəm ki, nə qədər aşıq Əli sənə pul verdi".

Ağayevin bu sualına X.İslam bir neçə saniyə düşündükdən sonra "Bəli mənə də o puldan aşıq Əli pul verdi. Həqiqətən də o mövzuda aşıq Əli düzgün insandır. Amma o qonorarda ən çox məbləğ Ağadadaş müəllimə çatıb. O məclisdə 5 nəfər müğənni vardı" cavabını verib. 

Xatirənin bu sözlərinə Xalq artisti "Xeyr, elə olmayıb. Xatirə bu məsələni zəng elə aşıq Əlinin özündən soruş" deyib. /Olay.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri