“Fast food” nəhəngində iflas şoku: 84 restoran satışa çıxarılır
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
ABŞ-də 75 "KFC" və 9 "KFC/Taco Bell" ortaq brendli restoran idarə edən “Tasty Chick'n” şirkəti iflasdan qorunmaq (“Chapter 11”) üçün məhkəməyə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, aktivlərinin 50-100 milyon, borclarının isə 100-500 milyon dollar arasında olduğunu bildirən Teksas mərkəzli franşiza şirkəti maliyyə öhdəliklərini tənzimləmək məqsədilə 10 ştatda fəaliyyət göstərən bütün restoranlarını toplu və ya ayrı-ayrılıqda satışa çıxarmağı planlaşdırır.
Satışların azalması və artan xərclər səbəbindən mənfəət marjı 2023-cü ildəki 11,8%-dən 4%-ə düşən şirkət eyni zamanda ana qurum olan “Yum Brands”ə olan 15,6 milyon dollarlıq borcuna görə müqavilələrin ləğvi təhlükəsi ilə üzləşib. Fəaliyyətini davam etdirmək üçün “MidCap Financial Trust”dan 20 milyon dollarlıq maliyyə dəstəyi almağı hədəfləyən “Tasty Chick'n” restoran satışları vasitəsilə borclarını azaltmağa çalışır. Məişət texnikası
Bu iflas müraciəti KFC və Taco Bell şəbəkələrinin özünü deyil, yalnız həmin franşiza şirkətini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















