Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ciddədən ciddi mesajlar...

Ciddədən ciddi mesajlar...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Təkliflər Moskvaya yönləndirilir

İki gün öncə Ciddədə keçirilən ABŞ-Ukrayna görüşü son günlərin əsas müzakirə predmetidir. Bir sıra beynəlxalq ekspertlər görüşün nəticəsini Avropada yeni dövrün başlanğıcı kimi qiymətləndirir. Hətta bir az da irəli gedərək Ukrayna müharibəsindən sonrakı mərhələni II Dünya müharibəsindən sonrakı dövrlə də müqayisə edənlər tapılır - onların əsas arqumenti isə odur ki, hazırki mərhələ də 1945-ci ildən sonrakı mərhələnin bənzəridir.

Qeyd edək ki, görüşdə ABŞ-ı milli təhlükəsizlik müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio təmsil edib. Ukrayna tərəfdən isə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umarov Ciddə masasında əyləşiblər. Səudiyyə Ərəbistanının rəsmilərindən isə xarici işlər naziri Feysəl bin Fərhan və milli təhlükəsizlik üzrə müşavir Mosad bin Məhəmməd Əl-Ayban görüşdə iştirakçı qismində təmsil olunublar.

Maraqlıdır ki, əvvəlcə görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun da iştirak edəcəyi bildirilsə də, amerikalı rəsmi görüşdə olmayıb. Amerika mətbuatının yazdığına görə, onun martın 13-də Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya səfəri planlaşdırılır. Kreml bu informasiyanı nə təsdiq, nə də təkzib edib - Moskva Vitkoff ilə təmaslar barədə “vaxtında məlumat verəcəklərini” bildirib.

Uzun çəkən görüş...

Vurğulayaq ki, Ciddə danışıqları fevralın 28-də baş verən hadisələrin ardından ABŞ və Ukrayna arasında ilk yüksək səviyyəli təmas kimi yadda qaldı. Xatırladaq ki, fevralın son günündə baş verənlərin ardından Birləşmiş Ştatlar Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatları ilə təmin etməyi dayandırmışdı.

Uzun çəkən və iki raunddan ibarət olan görüşdə Ukrayna prezidenti seçkilərinin keçirilməsi və ya Volodimir Zelenskinin istefası müzakirə olunmayıb. Bunu “Fox News”un jurnalisti Nana Sadjaya danışıqlarda iştirak edən mənbəyə istinadən bildirib. Görüşdən sonra Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bunun üçün əsas şərt Rusiyanın da eyni anda və eyni şərtlərlə bu tələbi qəbul etməsi və yerinə yetirməsidir.

Danışıqlarda iştirak edən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, ABŞ yaxın vaxtlarda Rusiya tərəfi ilə bunu müzakirə etmək niyyətindədir. ABŞ tərəfi isə yaxın günlərdə Moskva ilə Vaşinqton arasında yeni görüşün keçirilməsi anonsunu paylaşıb. Bundan əlavə, Vaşinqton hərbi təchizat və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyinə söz verib.

İkitərəfli bəyanata görə...

Görüşdən sonra yayılan ikitərəfli Bəyanatda, həmçinin atəşkəs dövründə humanitar səylərin vacib olduğu, xüsusən də müharibə əsirlərinin mübadiləsi, həbsdə olan mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılması vurğulanır. Tərəflər danışıqlar aparacaq qrupların tərkibini müəyyənləşdirəcək və dərhal davamlı sülhə nail olmaq üçün danışıqlara başlayacaqlar. Ukrayna Avropa ölkələrinin də sülh prosesinə cəlb edilməli olduğunu vurğulayıb. Bəyanata görə, Vaşinqton və Kiyev mineral ehtiyatlar üzrə saziş bağlamaq barədə razılığa gəliblər, lakin onun nə vaxt imzalanacağı barədə məlumat verilmir.

Dövlət katibi Rubio jurnalistlərə bildirib ki, Amerikanın təklifi Ukraynadan fərqli olaraq həm də quruda atəşkəsə nail olmaqdır. “Danışıqlara başlamazdan əvvəl bir-birinizə atəş açmağı dayandırmalısınız. Prezidentimizin istədiyi də bu idi və bu gün biz Ukrayna tərəfdən müvafiq öhdəlik aldıq, onlar buna hazır olduqlarını nümayiş etdirdilər”, - deyə o bildirib. ABŞ bu təklifi bir çox kanal vasitəsilə Rusiyaya çatdıracaq, müsbət cavab gözləyəcək.

Moskva razılaşsa...

Ukrayna prezidenti Zelenski bildirib ki, Kiyev ABŞ-ın 30 günlük atəşkəs yaratmaq təklifinə razılıq verib, indi Vaşinqton Rusiyanı razı salmalıdır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Kiyev üç təklif irəli sürüb: “Səmada səssizlik”, “dənizdə səssizlik” və “məhbusların azad edilməsi”. Buna cavab olaraq, Zelenski qeyd edib ki, Amerika tərəfi ilk addımı daha da irəli atmağı və 30 gün ərzində suda, havada və bütün cəbhə xətti boyunca tam atəşkəs yaratmağa çalışmağı təklif edib. “Ukrayna bu təklifi qəbul edir, biz bunu müsbət hesab edirik, belə bir addım atmağa hazırıq. ABŞ Rusiyanı buna inandırmalıdır. Ruslar da razılaşsa, cəbhədə sükut olacaq”, - Ukrayna prezidenti bildirib.

Qərb mətbuatı Rusiyanın mövqeyini belə qiymətləndirir...

Qərb mətbuatı isə yazır ki, Kreml Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün danışıqlarda güzəştə getmək niyyətində deyil. “Bloomberg”in məqaləsində bildirilib ki, Moskvanın güzəştə getməyəcəyi üç əsas məqam var. Bunlar hazırda nəzarətdə olan ərazilərin qaytarılmaması, Ukraynanın NATO-ya üzvlüyü məsələsi və Şimali Atlantika Alyansı əsgərlərinin mümkün sülhməramlı missiyada iştirakı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyat orqanlarının agentliyə verdiyi qiymətləndirməni şərh edərək, bunun reallığa uyğun olmadığını bildirib. Onun sözlərinə görə, danışıqların başlanması üçün məhz Ukrayna addımlar atmalıdır. Bundan əvvəl Vladimir Putin sülh danışıqlarına başlamaq üçün Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərindən tamamilə çıxarılmasını tələb edib. Kreml də dəfələrlə bəyan edib ki, sülh razılaşması əldə edildikdən sonra Avropa sülhməramlılarının Ukraynada olmasını qəbul etməyəcək.

Beynəlxalq aləm dəstəkləyir...

Danışıqların nəticələri bütün dünyada maraqla izlənib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Aİ Şurasının sədri Antonio Kosta danışıqların Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhə doğru bir addım ola biləcəyini deyib. Onlar bildiriblər ki, top artıq Rusiyanın meydanındadır”.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok Səudiyyə Ərəbistanında keçirilən danışıqların nəticələrini şərh edərkən deyib ki, bu, Ukraynanın davamlı sülh və təhlükəsizlik axtarışında mühüm dönüş nöqtəsi ola bilər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ciddədə aparılan danışıqların nəticələrini yüksək qiymətləndirib. Fransa prezidenti Makron da Kiyevin ABŞ-ın təklifini qəbul etməyə və 30 günlük atəşkəs yaratmağa hazır olduğunu alqışlayıb.  İtaliyanın Baş naziri Giorgia Meloni də analoji fikri ifadə edərək, danışıqların nəticələrini alqışladığını bildirib. Polşanın baş naziri Donald Tusk isə “X” sosial şəbəkəsində yazıb ki, əgər söhbət ədalətli və davamlı sülhün bərqərar olmasından gedirsə, Avropa bu səyləri dəstəkləməyə hazırdır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri