Icma.az
close
up
RU
“Ciddi siyasi hadisələr baş verir” 4cü hakimiyyətdir, nəzarət edir

“Ciddi siyasi hadisələr baş verir” 4cü hakimiyyətdir, nəzarət edir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Söz və məlumat azadlığı prinsipi demokratiyanın əsas göstəricilərindən sayılır. Bu amillər dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir.

Ölkəmizdə də söz azadlığı qorunur, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılır. Cəmiyyətdəki bütün düşüncə və mövqelərin işıqlandırılmasında söz, fikir və mətbuat azadlığı çox vacibdir.

Fikir azadlığı, insanlara öz dünyagörüşlərini sərbəst şəkildə ifadə etməyə imkan verir, bu da cəmiyyətdə müxtəlif mədəniyyətlər, əqidələr və dünyəvi yanaşmaların mövcud olmasına şərait yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilir:

“Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycanda söz və mətbuat azadlığına xüsusi önəm verilir:

“Yeni Azərbaycan reallığına nəzər saldıqda ölkəmizdə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, rəylər təqdim etdiyini görmək mümkündür.

Ümumiyyətlə, jurnalistika bütün cəmiyyətlər üçün mühüm əhəmiyyətə malik fenomenlərdəndir. Bu daha çox jurnalistikanın ictimai rəy yaratmaq funksiyası ilə izah olunur. Bir çox hallarda publisistika, jurnalistika, həkimlik peşəsi ilə müqayisə olunur. Həkimlər insanları, jurnalistlər isə bütövlükdə cəmiyyəti müalicə edirlər. Eyni zamanda 4-cü hakimiyyət hesab olunur. İcraedici, qanunverici və məhkəmə hakimiyyətinin işinə nəzarət edir. Sovet dövründə mətbuatın üç funksiyası var idi: təbliğat, təşviqat və təşkilat.

Klassik nəzəriyyəyə görə, mətbuatın əsas funksiyası maarifləndirmək, bilgiləndirmək və əyləndirmək. Funksiyalarda dəyişiklik olduğunu görürük. Lakin yüz illər keçsə də jurnalistikanın rolu – vahid rəy yaratmaq heç vaxt dəyişməyəcək. Bu gün jurnalistika baş verən siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, müdafiə, təhsil və s. sahələrdə mühüm və özünəxas rol oynayır”.

Kənan Novruzovun sözlərinə görə, dünyada çox ciddi siyasi hadisələrin baş verdiyi vaxtda nəinki informasiya, həm də dezinformasiya mübarizəsi gedir:

“Belə bir vaxtda Azərbaycan mətbuatı çətin sınaqlardan üzü ağ çıxa bilir. Çünki jurnalistikamızın köklü tarixi var. 1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan yol bu gün uğurla davam etməkdədir. “Əkinçi”dən bu yana fərqli qəzetlər olub. “Həyat”, “İrşad”, “Azərbaycan”, “Kommunist”, “Bakı fəhləsi”, “Səhər”, “525-ci qəzet”, “Şərq” və s. buna nümunədir. Müxtəlif dövrlərdə mövcud olan bu nəşrlər özünün informasiya siyasəti və tipologiyasına görə fərqlənir.

Mövcud ictimai və siyasi vəziyyət onların informasiya siyasəti və tipologiyasına təsir göstərib. Bu ictimai, siyasi vəziyyətlə yanaşı, həm də texnologiyanın inkişafı ilə bağlıdır.

1969-cu ilin iyulun 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra mətbuatın inkişafında, eləcə də digər sahələrdə əsaslı dönüş yarandı. Məhz onun hakimiyyəti illərində Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Azərbaycanda söz və mətbuat azadlığını təmin edildi.

Bu gün bütün dünyada bir tendensiya müşahidə olunur. Həmin tendensiya Azərbaycan üçün də istisna deyil ki, çap mətbuatı yavaş-yavaş sıradan çıxır, onun yerini yeni media doldurur. Azərbaycan jurnalistikası müsbət mənada həm ənənəvi, həm də yeni mediada digər ölkələrdən seçilir. Bu ali səviyyədə jurnalistikanın inkişafı üçün yaradılan şəraitlə bağlıdır. 1998-ci ildə senzuranın ləğvindən sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başladı. 1999-cu ildə isə KİV haqqında qanun qəbul olundu. Müxtəlif illərdə reklam haqqında qanun da qəbul edildi.
Azərbaycan Konstitusiyasında təsbit olunan bir neçə maddə, o cümlədən söz və ifadə azadlığı, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması kimi maddələr birbaşa olaraq medianın fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. 2021-ci ildə Media haqqında qanun qəbul olundu.

Ümummilli lider Heydər Əliyev, eləcə də Prezident İlham Əliyevin hakimiyyətində media hər zaman diqqət mərkəzində olub.

Noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi etmişdi. Bu tədbirdən sonra Prezident İlham Əliyev mətbuat işçilərini Təşəkkürnamə ilə təltif edib. Bu da ölkəmizdə jurnalistlərin əməyinə xüsusi diqqət yetirildiyinin təzahürüdür”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri