Icma.az
close
up
RU
Çiğdem Karaaslan: Bütün dünyanın gözü Bakıya və buradan çıxacaq qərarlara dikilib

Çiğdem Karaaslan: Bütün dünyanın gözü Bakıya və buradan çıxacaq qərarlara dikilib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dünyanın ən böyük tədbirlərindən birinə - COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirik. Çünki həqiqətən də burada möhtəşəm işlər görülüb. Bu da əbəs deyil, bütün dünyanın gözü Bakıya və buradan çıxacaq qərarlara dikilib".

Bunu COP29 sammiti zamanı Oxu.Az-a özəl müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Samsun millət vəkili Çiğdem Karaaslan deyib.

O bildirib ki, hazırda dünyanın üz-üzə qaldığı iqlim böhranı ilə mübarizə aparılır:

"İqlim problemi artıq hamımızın ölkəsində yaxından hiss etdiyi və hər birimizə təsir edən problemə çevrilib. Bir var dünyanı çirkləndirən ölkələr, onlar inkişafını tamamlayıb, bir var inkişaf etməkdə olan ölkələr, bir də var iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada dövlətləri. Burada bütün dünyada yaşayan insanlar olaraq yeni siyasi xətt tutmaq, istehsal və ixracat baxımından səylərimizi dəyişdirmək məcburiyyətindəyik. Yerli və bərpaolunan enerjidən daha çox istifadə etməli və dünyanı daha az çirkləndirməliyik. Ümid edirəm ki, COP29-da müzakirə edilən bu məsələlər real addımlarla nəticələnər. Çünki buna böyük ehtiyac var. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan hər platformada "daha ədalətli bir dünya" şüarı ilə çıxış edir. Biz də daha ədalətli bir dünyaya inanırıq, iqlim ədaləti bu mənada çox önəmlidir. Bir neçə ölkənin təşəbbüsünə tərk edilməyəcək məsələdir. Lakin dünyanı çirkləndirdiyi üçün tarixi məsuliyyəti olan ölkələrin bu məsələyə xüsusi ilə dəstək verməsi lazımdır".

- Bütün bunlara baxmayraq, bəzi ölkələr dünyanın narahat edən məsələlərin müzakirə edildiyi bu sammiti siyasiləşdirdi. Fransa və Ermənistan isə burada xüsusilə fərqləndi. Bunu necə dəyərləndirirsiniz?

- Hər şeydən əvvəl bu tədbirdə iştirak etmək lazım idi. Çünki hamımız bu planetin bir parçasıyıq. Ortaq evimizdə bu durumla bağlı hər birimizin söyləməli fikirləri və həyata keçirməli olduğumuz siyasətlər var. Bu baxımdan Bakıda COP29-da iştirak etmək lazım idi.

- Azərbaycan-Türkiyə münasibətləri bu mövzu da daxil bütün dünyaya örnəkdir. Ölkələrimiz əksər məsələlərdə ortaq fikirdədir. Bu istiqamətdə Azərbaycan - Ermənistan sülh danışıqlarını da qeyd etmək yerinə düşər. Azərbaycan sülh sazişi üçün bu ölkəyə konstitusiyasını dəyişdirmək, sənəddən ölkələrimizə ərazi iddiaları ehtiva edən maddələrin çıxarılması tələbi irəli sürüb. Türkiyə bu məsələdə də Azərbaycanı dəstəkləyir. Amma Ermənistan sülhə daha bir addım atmaq üçün Azərbaycanın təklifinə müsbət cavab verməyərək, COP29-da iştirak etmədi. Belə olan halda, sülh danışıqlarını indi və gələcək perspektivdə necə dəyərləndirirsiniz?

- Azərbaycan - Türkiyə münasibətləri bütün dünyaya örnəkdir. Biz hər mövzuda - zəfərlərimizdə də, pis günlərimizdə də bir millət, iki dövlət olmağı nümayiş etdirmişik. Lakin işğal edilən ərazilərin azadlığa qovuşmasından sonra əldə etdiyi nəticələri, bərpa və quruculuq işlərini yaxından izləyirik. Bu ərazilərdə hətta yaşıl enerjiyə keçidlə bağlı görülən işləri gördüyümüzdə qürur duyuruq. Bu baxımdan, sülh üçün atılan bütün addımlarda, dünyanın üzləşdiyi bütün böhranlarda Azərbaycanla bir yerdəyik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu baxımdan liderlər sammitində Qəzzada yaşanan cinayətləri də dilə gətirirdi. Çünki gələcək nəsillər üçün daha ədalətli dünyadan danışırıq. Bu istiqamətdə regional və beynəlxalq məsələlərdə Azərbaycan və Türkiyənin önəmli güc oldğuna inanıram. Allah əbədi etsin.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri