Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Cihat Yaycı: PKK nın özünü ləğv etməsi bəyanatı yalandır

Cihat Yaycı: PKK nın özünü ləğv etməsi bəyanatı yalandır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

 “Terrorçular Suriya, İraq və İrandakı fəaliyyətlərini də sonlandırmazsa, bu, PKK-nın silahı buraxması demək deyil”


“PKK-nın özünü buraxması ilə bağlı bəyanatında Türkiyəyə meydan oxuma var. Türkiyə silahlı qüvvələri tərəfindən məhv edilmiş terrorçulara "şəhid" deyə xitab edilir. Ana Yasada dəyişiklik edilməsi, terrorçu başının sərbəst buraxılması tələb olunur”



 Həbsdə olan terrorçu başı Abdullah Öcalan tərəfindən 1978-ci ildə yardılan PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatı 47 ildən sonra özünü buraxdı. “Apo” ləqəbi ilə tanınan Abdullah Öcalan bu il fevral ayında həbsxanadan tərəfdarlarını silahlı mübarizəni dayandırmağa, silahları təhvil verməyə çağırmışdı. PKK terror qruplaşması 12-ci toplantısında özünü buraxdığını elan etdi. PKK-nın silahlı mübarizədən imtina etməsinin əsas səbəbləri kimi regional və qlobal təzyiqlər, eləcə də Türkiyə daxilindəki siyasi dəyişikliklər göstərilir. 

Ümumən, PKK-nın bu qərarı, Türkiyə və Yaxın Şərqdə yeni bir geosiyasi dövrün başlanğıcı kimi qiymətləndirilir. Lakin ictimaiyyəti düşündürən cavabsız suallar, ziddiyyətli məqamlar da çoxdur. PKK-nın qərarı müsbət sayılsa da, bu, Türkiyə və ətrafında terrorun bitməsi anlamına gəlmir. Məsələ ondadır ki, təşkilat yalnız PKK adı altında fəaliyyətini dayandıracağını bəyan edir, kürd separatizmi müxtəlif adlar altında fəaliyyət göstərə bilər. Bura PKK ilə yanaşı, KCK, YPG, PYD və s. qruplaşmalar daxildir. Digər yandan, bəzi şərtlər irəli sürürlər. Məsələn, silahların təhvil verilməsi qarşılığında terrorçu Öcalanın azadlığa buraxılmasını istəyirlər. Bundan başqa, Türkiyə dövlətinin quruluş sənədi olan Lozanna müqaviləsi və 1924-cü ildə qəbul olunmuş Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyası ilə bağlı iddialar da irəli sürülür. Bütün bunlar PKK-nın səmimi şəkildə öz fəaliyyətlərindən əl çəkmədiyini göstərir. 


Türkiyə və Azərbaycan ictimaiyyətində ciddi müzakirə mövzusuna çevrilmiş proseslərlə bağlı "Şərq"in müsahibi təqaüddə olan general, İstanbul Topqapı Universitetinin dossenti, dr.Cihat Yaycıdır. PKK-nın özünü buraxması barədə qərarını qəzetimizə dəyərləndirən Cihat Yaycı sözügedən bəyanatın terrorun bitməsi və tamamən silahsızlaşması anlamına gəlmədiyini düşünür...


 - Cihat bəy, PKK terror təşkilatının öz fəaliyyətinə xitam verməsi barədə açıqlamasını necə dəyərləndirirsiniz?  

 - Məsələ ondadır ki, PKK terror təşkilatı daha əvvəllər də özünü bir neçə dəfə ləğv etmişdi. O baxımdan indiki halda PKK-nın bəyanatının nə dərəcədə reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Amma PKK hər dəfə ən zəif dönəmində təslim olmaq qərarı alıb. Yəni nə zaman Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ağır zərbə alıbsa, müqavimət göstərmək imkanı qalmayıbsa, məhz o zaman təslim olmaq məcburiyyətində qalıb. Hazırkı dönəmdə PKK terror təşkilatı Türkiyədə heç bir fəaliyyət icra edə, terror aktı törədə bilmir. Belə vəziyyətdə terror təşkilatının özünü buraxma qərarında səmimi olması şübhəlidir. O səbəbdən PKK-nın "Türkiyədə terror fəaliyyətini sonlandırdım" bəyanatı yalandır, aldatmacadır. Terrorçular Suriya, İraq və İrandakı fəaliyyətlərini də sonlandırmazsa, bu, PKK-nın silahı buraxması demək deyil. 


 - PKK Türkiyədə terror fəaliyyətinə son qoyarsa, amma Suriya və İraqdakı qruplaşmalar bununla razılaşmazsa nə olacaq? 

 - O zaman PKK-nın özünü ləğv etməsinin, silahlı mübarizədən geri çəkilməsinin bir anlamı qalmayacaq. Sərhədimizin yaxınlığında bir terror "dövləti" qurulacaqsa, PKK-nın Türkiyədə silahlı mübarizədən vaz keçməsinin mahiyyəti olmayacaq. Bununla PKK və terror problemi çözülməmiş qalar. Hətta Türkiyənin ətrafı terrorçularla əhatələnmiş olar. O səbəbdən daşıdığı adların fərqli olmasına baxmayaraq, Suriya və İraqdakı bütün terror qruplaşmalarının tərksilah edilməsi zəruridir. Başqa bölgələrə səpələnmiş bütün terrorçu şəbəkənin ləğv edilməsi vacibdir. Silahlı, yaxud silahsız, fərq etməz...


 - Terrorçuların silahsızlaşdırılması necə reallaşdırıla bilər? Yəni PKK-nın tərksilah edilməsi prosesi necə olur? 

 - PKK terrorçuları öz silahlarını kimə təhvil verəcək? Əsas sual budur. Terrorçular əgər öz silah-sursatını Türkiyə dövlətinə təhvil verməzsə, prosesə başqa ölkələrin müdaxiləsinə imkan və şərait yaradılarsa, bu, Türkiyənin suverenliyinə, mövqeyinə, nüfuzuna zərbə vura bilər. Bu, qəbuledilməzdir. Digər yandan, silahlı olan kimdir, silahsız olan hansıdır? Ad-soyadları, əllərindəki silahların nə olduğu bəllidirmi? Bunların bir siyahısı yoxdur. Terror təşkilatına üzv olanların siyahısı kimin əlindədir? Yəni "silahların təhvil alınması" məsələsi qeyri-müəyyən, hətta qeyri-real səslənir. Ortada konkretlik yoxdur. 


 - ABŞ və bəzi Avropa dövlətlərinin də PKK-ya maliyyə və silah dəstəyi danılmaz faktdır. Bu dəstək aradan qalxacaqmı? 

 - Reallıq odur ki, Suriyada PYD və YPG terror təşkilatları olduğu kimi qalmaqdadır. İranda da terrorçu PEJAK (Kürdüstan Azad Həyat Partiyası - red) öz fəaliyyətini davam etdirir. İraqda da terrorçu qruplaşmalar durur. Yəni ortada əməli baxımdan silah buraxma hadisəsi yoxdur. Türkiyənin məqsədi bütün terror qruplaşmalarının ləğv olunmasıdır. Hələlik bunu görmürük. Ona görə də "PKK ləğv olundu" deyərək sevinmək tezdir və doğru deyil. İlk növbədə Suriyadakı terrorçular silahı yerə qoymalıdırlar. PKK terror təşkilatı bütünlüklə yox olmalıdır. Sonrasına baxarıq. Əks halda "biz silahları buraxdıq, amma fəaliyyətimizə davam edirik" şəklində yanaşma qətiyyən doğru deyil. PKK-nın özünü buraxması ilə bağlı bəyanatında Türkiyəyə meydan oxuma var. Türkiyə silahlı qüvvələri tərəfindən məhv edilmiş terrorçulara "şəhid" deyə xitab edilir. Ana Yasada dəyişiklik edilməsi, terrorçu başının sərbəst buraxılması kimi tələb olunur. Əlbəttə, bunlar qəbuledilməzdir. 


 - Türkiyədə uzun zamandan bəri gündəmə gətirilən və ciddi müzakirələrə səbəb olan "kürd məsələsi" nədir? 

 - Türkiyədə "kürd problemi" yoxdur. Türkiyədə bir bölücülük problemi var. Türkiyə milli dövlətdir. Bütün etnik qruplar vahid şəkildə Türkiyə millətinin içində, tərkibindədir. Necə ki, Azərbaycanda bir neçə etnik qruplar bir millət halında, vahid milli kimlik altında birləşibsə, eləcə də Türkiyədə bütün etnik qruplar bir dam altındadır. Bu, bir irqi, etnik məsələ deyil, milli birlik və milli kimlik məsələsidir. Fransız, alman, ingilis milləti ifadəsi necədirsə, türk milləti də elədir. Türkiyədə milləti fərqli xalqlara bölmək, ölkəni bölmək, parçalamaq deməkdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri