Çili bibəri ölümcül xəstəliyin dərmanıymış
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər.
ABŞ-ın Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Oxu.az bildirir ki, kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.
İndi alimlər kapsaitsin maddəsinin zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur, mədə-bağırsağın selikli qişasına ciddi zərər vura bilir.
Mütəxəssislərin fikrinə görə, tezliklə bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















