Çimayevdən sərt cavab: “Milyonlar qazanıram, mənə fərq etməz”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UFC-nin orta çəki dərəcəsində hazırkı çempionu Həmzət Çimayev onun ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, tanınmış idmançı “Beyond the Win” podkastında çıxışı zamanı oktaqona nadir hallarda çıxması barədə deyilənlərə qətiyyən əhəmiyyət vermədiyini açıqlayıb.
Çimayev maddi baxımdan heç bir probleminin olmadığını və indiki həyatından tam məmnun qaldığını vurğulayıb.
Çempion qazanclarından danışaraq qeyd edib ki, insanlar onun uzun müddət fasilə verdiyini, passiv olduğumu deyirlər:
“Mənə fərq etməz. Milyonlar qazanıram. İnsanlar ancaq danışırlar, amma heç nə etmirlər. Mənim onlar barədə danışmağa vaxtım yoxdur. UFC-nin mənə ödədiyi puldan razıyam. Xəyallarımdakı kimi yaşayıram. Döyüşlərdən kənarda daha çox qazanıram, çünki özümə bir ad qazanmışam. Mən Həmzət Çimayevəm. Hara getsəm, insanlar mənə pul yatırmaq və mənimlə biznes qurmaq istəyirlər”.
Baxış sayı:161
Bu xəbər 07 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















