Icma.az
close
up
RU
Çimərlik futbolu üzrə millinin baş məşqçisi: Hədəf A divizionuna vəsiqə qazanmaq olacaq

Çimərlik futbolu üzrə millinin baş məşqçisi: Hədəf A divizionuna vəsiqə qazanmaq olacaq

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Əsas məqsəd A divizionuna vəsiqə qazanmaq olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçiriləcək Avropa çempionatının (EBSL) final mərhələsindəki hədəfləri barədə danışarkən deyib.

Mütəxəssis B Liqasının A qrupunda yer alan millinin şanslarını dəyərləndirib: “Kağız üzərində qrupun favoriti bizik. Lakin hər şey bununla bitmir. Meydanda da yaxşı olmalısan. Qrup bizim üçün normaldır. Uğurlu nəticə qazanmaq istəyirik. Rəqiblərimizə gəlincə, Belçikanı İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində böyük hesabla üstələmişdik. Digər rəqibimiz olan Litva belçikalılardan daha güclüdür. Beş il orada işlədiyim üçün bu komandanı yaxşı tanıyıram”.

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Azərbaycan seçməsi sentyabrın 11-də Belçika,12-də isə Litva ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see175

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see170

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri