Icma.az
close
up
RU
Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? AÇIQLAMA

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüksəlir.

İnsanlar, xüsusilə də uşaqlar bu infeksiyadan necə qorunmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bu məsələ ilə bağlı xəbərdarlıq edərək, gigiyenik tələblərə əməl olunmadığı təqdirdə həm uşaqlar, həm də böyüklər üçün ciddi təhlükə yarana biləcəyini bildirib.

“Suyun gigiyenik baxımdan müəyyən göstəriciləri var. Bunlar arasında "kolotiter" və  "kolon indeks" kimi anlayışlar əsas yer tutur. Bu göstəricilər 1 kubmetr suda nə qədər bağırsaq çöpləri bakteriyalarının olduğunu göstərir. Normal halda bu göstərici 3-ə qədər olmalıdır. Əgər bu həddi aşırsa, həmin suda çimmək və ya istifadə etmək təhlükəlidir”.


Ekspertin sözlərinə görə, xüsusilə axarsız, dayanıqlı sularda mikroorqanizmlərin artımı daha sürətlə baş verir:

“Axar olmayan sularda, məsələn, süni göllər və bəzi hovuzlarda bakteriyaların çoxalması riski daha yüksəkdir. Bu səbəbdən belə obyektlər mütəmadi olaraq dezinfeksiya olunmalı, hovuz suları müəyyən müddət ərzində dəyişdirilməli və xüsusi məhlullarla təmizlənməlidir. Qapalı hovuzların və çimərliklərin suyu gigiyenik tələblərə cavab vermədikdə yalnız E.coli deyil, digər daha təhlükəli infeksiyalar, o cümlədən vəba kimi xəstəliklər də yayılıb ciddi nəticələrə səbəb ola bilər".


Ekspertin tövsiyələrinə görə, insanlar xüsusilə uşaqları çimərlik və hovuzlara apararkən bir sıra gigiyenik tədbirlərə diqqət etməlidirlər:

“Suyun görünüşü və qoxusu şübhə doğurursa, həmin məkanda çimməkdən çəkinmək lazımdır. Çimməzdən əvvəl və sonra duş qəbul etmək, uşaqları hovuz və ya dəniz suyunu udmaqdan qorumaq, açıq yaraları və dəri xəstəlikləri olan şəxslərin ümumi hovuzlardan istifadəsinə yol verməmək,hər hansı qarın ağrısı, ishal, halsızlıq və ya qızdırma hallarında çimməkdən imtina etmək mütləqdir”.


Bəs hansı hallarda həkimə müraciət edilməlidir?

“Əgər hovuzdan və ya çimərlikdən sonra ishal, qusma, qızdırma və qarın ağrısı kimi simptomlar yaranarsa, bu, bağırsaq infeksiyasının əlaməti ola bilər. Bu zaman vaxt itirmədən həkimə müraciət etmək vacibdir”.

Bəsti Rəfizadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri