Icma.az
close
up
RU
Maşınlar üçün kustar üsulla hazırlanan şarj cihazları təhlükə yaradır? MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Maşınlar üçün kustar üsulla hazırlanan şarj cihazları təhlükə yaradır? MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son aylarda Bakıda elektrik və hibrid avtomobillərin sayının artması, onların təhlükəsiz şəkildə şarj olunması problemini gündəmə gətirib. Avtomobil sahibləri xərcləri azaltmaq məqsədilə şarj aparatlarını yaşadıqları binalarda quraşdırmağa çalışırlar. Bəzi hallarda isə yeni tikilmiş binaların qarajlarında, kifayət qədər təhlükəsizlik tədbirləri olmadan, kustar üsulla quraşdırılmış şarj avadanlıqları aşkar edilir. İdarəetmə sistemi normal işləyən MTK-larda bu cür quraşdırmalara icazə verilmir, lakin vəziyyət hər yerdə eyni deyil. Nəticədə, qısaqapanmalar və yanğınlar üçün risk günü-gündən artır.

Bu kontekstdə dövlət qurumları hansı tədbirləri həyata keçirməlidir? Şarj doldurma məntəqələrinin sayını artırmaq və qiymətlərini endirmək bu problemin həllinə yetərli ola bilərmi, yoxsa daha geniş miqyaslı və ciddi nəzarət tədbirləri tələb olunur?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, şarj məsələsi bəzi sürücülərin gözündə sanki xırda bir məsələ kimi görünür:
“Amma bu, çox təhlükəli və ciddi məsələdir. Ona görə düşünürəm ki, polis burada aidiyyəti qurumlarla birlikdə hərəkətə keçməlidir.


Təbliğat işlərinə ehtiyac var. Qaydaları pozan insanlar maarifləndirilməlidir. O qurğular sökülməlidir və texniki tələblərə uyğun cihazlar quraşdırılmalıdır.
Vətəndaşlar da bilməlidirlər ki, belə halda qurğunu alırlarsa, mütləq “Azərişıq” ASC-yə və digər aidiyyəti qurumlara müraciət etməlidirlər. Texniki tələblər qorunmaq şərtilə, o avadanlıqlar xüsusi nəzarət mexanizmi ilə qurulmalıdır və bundan sonra istifadə olunmalıdır. Bu, bütün dünyada belədir.

Yanaşma bu formadadır və bizim cəmiyyət də bunu bilməli və başa düşməlidir ki, məsələyə yanaşma bu cür olmalıdır. Yeni MTK-lar tikilir, zəhmət çəkib bir az pul xərcləyib özləri o avadanlıqları quraşdırmırlar ki, sakinlərin rahatlığı təmin edilsin. Onlar ancaq pul yığmağı bacarırlar, xərcləməyə gələndə isə can çəkirlər və nəticə etibarilə, bu cür fəsadlar yaranır”.

Ekspert əlavə edib ki, son günlər baş verən yanğınlar, partlayışlar ciddi araşdırılsa, mən əminəm ki, hardasa bu elektrik doldurma stansiyalarının zirzəmilərdə və digər uyğun olmayan yerlərdə quraşdırılmasının fəsadları olub:

“Bir ara “Azərişıq” tərəfindən bu məsələlərə müdaxilə olundu. Onda da sakinlər etiraz elədi ki, dövlət elektrik avtomobillərin gətirilməsinə imkan yaradır, “Azərişıq” imkan vermir.

Amma “Azərişıq” burada günahkar deyil. “Azərişıq” sadəcə vətəndaşdan tələb edir ki, texniki qaydalara uyğun olmalıdır. Bu stansiya harada gəldi quraşdırıla bilməz, hansı şəbəkəyə gəldi qoşula bilməz.


Bəzən görürük ki, xüsusi naqillər vasitəsilə adamlar 5-ci mərtəbədən, 6-cı mərtəbədən aşağı xətt çəkir, maşını şarj etdirir. Bu, əlbəttə, düzgün deyil. Evdəki bütün cihazları vurub sıradan çıxaracaq, dağıdacaq, əridəcək.

Amperlər, voltajlar uyğun gəlməlidir. Paylayan naqillər, qəbul edən naqillər bir-birinə uyğun olmalıdır. Əlbəttə, burada özbaşına fəaliyyət ağır fəsadlar verir və bu da, nəticə etibarilə, hamımızı narahat etməlidir”.

Avtomobil mütəxəssisi Elçin Abbasovun fikrincə isə, avtomobillərin dəyişən cərəyanlarla şarj olunması, yəni evdə şarj olunması sistemi əvvəlcədən normal şəkildə qurulmalıdır:


“Mütləq torpaqlanmanın olması vacibdir. Torpaqlanmanın olması icazə verir ki, avtomobillər daha təhlükəsiz şəkildə şarj olunsunlar.

Ondan əlavə, həmin qurğuya gələn naqillərin diametri məsafədən və istifadə olunan cərəyandan asılı olaraq düzgün seçilməlidir. Avtomatlar və qoruyucu sistemlər şarj olunan yerin yaxınlığında olmalıdır. Olmaz ki, sən hardasa digər tərəfdə avtomat qoyasan və cərəyanı çox uzaq məsafədən gətirəsən.

Həmin sistem ventilasiya olunmalıdır. Çünki bəzən görürsən, qurğunu bir şkafın içərisinə qoyurlar. Şkafın içərisində sistem işləyir və işlədikcə qızır. Ventilasiyanın olmaması səbəbindən həddən artıq qızma baş verə bilər və oradakı materiallar yanma temperaturuna çataraq yanma prosesini başlada bilər.
Şarj aparatının düzgün seçilməsi vacibdir; keyfiyyətli şarj aparatı istifadə olunmalıdır. Keyfiyyətli şarj aparatlarında xüsusi temperatur ölçülür. Əgər görünsə ki, kontaktlarda problem var və qızma baş verir, sistem şarjı dayandırır.

Sistemi quraşdırdıqdan sonra test etmək lazımdır. İlkin testlərdə baxmaq lazımdır ki, haradasa qızma baş verirsə və həmin qızma kritik həddədirsə, proses dərhal dayandırılmalıdır.


Qurumlar bu işi necə etməlidir və nələri yoxlamalıdır? Düşünürəm ki, bu sistem yalnız icazə alınaraq istifadə edilməlidir. Mütləq şəkildə, nə qədər şarj aparatı qoyulursa, ona uyğun olaraq binaya gələn cərəyanın yetərli olub-olmadığı nəzərdən keçirilməlidir. Əgər bura gələn naqillər buna imkan verirsə, o zaman geri qalan qurğuların əlavə qoyulmasına ehtiyac yoxdur”.

Təhlükəsizlik eksperti Orxan Musayev isə bildirib ki, elektromobillərin ölkəmizdə geniş yayılması yeni suallar doğurur və onların başında təhlükəsiz şarj olunma prosesi dayanır:


“Çünki elektromobillərin şarjı adi bir cihazı elektrik yuvasına taxmaq qədər sadə deyil. Bu proses çox yüksək cərəyanla işlədiyindən həm avadanlıq, həm də istifadəçi üçün təhlükə yarada bilər.

Elektromobil şarja qoyulmazdan əvvəl mütləq ilk növbədə istifadə olunan avadanlığın texniki vəziyyəti diqqətlə yoxlanmalıdır. Naqildə çat varmı, əyilmə, yanıq izi, deformasiya, izolyasiyanın qopması və həmin avadanlıqdan istifadəyə uyğun olub-olmaması nəzərdən keçirilməlidir. Xüsusən evdə quraşdırılan naqillər yalnız peşəkar və sertifikatlı elektrik mütəxəssisləri tərəfindən quraşdırılmalıdır. Standartlara uyğun olmayan quraşdırma bir çox hallarda qızma, qısa qapanma və yanğınla nəticələnə bilər.

Vacib məqamlardan biri, yağış, qar və ya ümumilikdə nəmişlik olan ərazilərdə bu naqillərin qoşulmasının risk yaratmasıdır. Şarj postu və naqil ucları mütləq quru olmalıdır. Yağış nəticəsində, məsələn, yerdə su varsa, şarj prosesinə başlamaq məsləhət deyil. Nəmişlik elektrik qısa qapanmalarına və tok vurma hallarına şərait yaradan amil hesab olunur.

Şəbəkənin yüklənməsi də təhlükə yaradır. Elektromobil yüksək yüklənmə gücü tələb etdiyinə görə uzatma naqili və ya çoxlu elektrik yuvası istifadə etmək olmaz. Bu, həm şəbəkəni həddindən artıq yükləyir, həm də naqillərin yüklənərək qızmasına gətirib çıxardır. Avtomobilin şarj portu, naqil və adapteri həddindən artıq qızırsa, proses dərhal dayandırılmalıdır. Çünki uzun müddət yüksək temperatur bataryanın ömrünü azaldır”.

Ekspert əlavə olaraq qeyd edib ki, avtomobilin şarj zamanı düzgün park edilməsi də təhlükəsizlik baxımından önəmlidir:
“Belə ki, naqil insanların çox keçdiyi zonalarda olmamalı, dartılmamalı və gərgin vəziyyətdə qalmamalıdır. Hər hansı bir şəxs naqilə ilişsə, həmin avadanlıq zədələnə bilər, həm də insanlar ciddi xəsarət ala bilərlər.

Ümumiyyətlə, elektromobilin şarj prosesi yalnız texniki prosedur deyil, təhlükəsiz qaydalara ciddi əməl olunmasını tələb edən bir prosesdir. Nəticə olaraq bildirim ki, elektromobillər gələcəyin nəqliyyat vasitəsidir, amma onların yaratdığı təhlükələri minimuma endirmək tamamilə istifadəçilərin davranış və addımlarından asılıdır. Qaydalara əməl edilsə, təbii ki, təhlükəsiz bir vasitə hesab olunur: düzgün avadanlıq, düzgün mühit və düzgün istifadə”.


“Azərişıq” ASC-dən mövzu ilə əlaqədar sorğumuza cavab olaraq bildirildi ki, indiyə kimi vətəndaşlar tərəfindən kustar üsulla hazırlanan şarj qurğuları ilə bağlı quruma hansısa şikayət daxil edilməyib. Lakin belə qurğulardan qanundan kənar şəkildə istifadə inzibati məsuliyyət yaradır və nəticədə ağır fəsadlara gətirib-çıxırarır.

Əldə etdiyimiz məlumata görə, elektromobillərin şarj olunması üçün şarj cihazlarının 7 kVt enerji tələbatı var. Vətəndaşlar bu enerjini təmin etmək istəsələr, “Asan Kommunal” xidmət mərkəzlərinə yaxınlaşaraq müvafiq rüsumu ödəməklə bu barədə texniki şərt əldə edərək ondan istifadə üçün şərait yarada bilərlər. Qeyd etmək lazımdır ki, enerji təminatı zamanı standartlara uyğun təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi;” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:21
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri