Icma.az
close
up
RU
Çimərliyi zibilləyənləri cərimələməkdənsə ərazini özünə təmizlətmək yaxşı olardı EKOLOQDAN TƏKLİF FOTO

Çimərliyi zibilləyənləri cərimələməkdənsə ərazini özünə təmizlətmək yaxşı olardı EKOLOQDAN TƏKLİF FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İsti yay günlərində insanların dincəlmək üçün seçdiyi ən ideal məkan, təbii ki, çimərliklər və dəniz sahilləridir.
Avtosfer.az xəbər verir ki, həftə sonlarını səmərəli keçirmək istəyən minlərlə insan şəhərin səs-küyündən uzaqlaşıb sahil kənarına axın edir. Lakin bu istirahət anlarının arxasında narahatedici bir mənzərə dayanır: çimərliklərin zibillənməsi.
İnsanlar yanında gətirdikləri yemək və içkilərdən, təmizlik vasitələrindən, hətta onları daşıdıqları torbalardan istifadə etdikdən sonra qalıqları ətrafda buraxaraq ərazini tərk edirlər. Bu tullantılar ilk baxışdan zərərsiz görünə bilər, lakin zamanla ətraf mühitə, xüsusilə də su hövzələrinə ciddi ziyan vurur. Dənizə qarışan plastik, kağız, metal və digər tullantılar suyun çirklənməsinə, dəniz canlılarının həyatının təhlükəyə düşməsinə və ümumilikdə ekoloji pozuntulara səbəb olur. 
Son illərdə müxtəlif qurumlar və ekoloji təşkilatlar çimərliklərin təmiz saxlanılması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirirlər. Lakin bu tədbirlər istənilən səviyyədə nəticə vermir. Bir çox vətəndaş hələ də məsuliyyətsiz davranaraq tullantıları sahil ərazisinə, bəzən isə birbaşa dənizə atmaqdan çəkinmir.
Bu cür davranışlar təkcə təbiətə yox, gələcək nəsillərə də qarşı biganəlikdir. Çünki tullantılar torpaqda və suda yüz illərlə qalaraq ətraf mühiti zəhərləyir. Məsələn, plastik butulkaların təbiətdə parçalanması 100 ildən çox vaxt aparır. Onların tərkibində olan zərərli maddələr isə həm torpaq, həm su, həm də insan sağlamlığı üçün təhlükə yaradır.


Bu mövzuda diqqət çəkən bir paylaşım isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevdən gəlib. O, sosial media hesabında çimərlikləri təmizləyən insanlar haqqında paylaşım edərək cəmiyyəti bu məsuliyyətli olmağa çağırıb. Hacıyev qeyd edib ki,  “40 dərəcə istidə yanan qumun üzərində, başqa insanların tullantılarını toplayan insanlar var. Heç kim onları qəhrəman kimi tanımır, adları bilinmir, şəkilləri paylaşılmır, təşəkkür edilmir. Onlar sadəcə təmiz sabah üçün çalışırlar”.

Bu fikirlər bir daha göstərir ki, bəzi insanlar hər kəsin atdığı zibili sakitcə yığaraq ətraf mühiti qorumağa çalışır. Onlar üçün nə təbliğat var, nə də təşəkkür. Bu şəxslər vicdanı və təbiətə olan sevgini rəhbər tutaraq təmizlik işləri görürlər. Halbuki bu, hər birimizin borcudur. 
Elşad Hacıyev haqlı olaraq sual edir: “Zibili kim atdı? Kim təmizlədi?”
Bu sual hər kəsi düşündürməlidir.


Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov saytımıza bildirib ki, bəzi insanlar məsuliyyətli davranaraq zibilləri yığıb xüsusi yerlərə atırlar.
“Lakin ümumi mənzərə göstərir ki, hələ də bu sahədə ciddi problemlər var. Əsas qayda belədir ki, kim haradasa istirahət edirsə, istifadə etdiyi əşyaları özü yığmalı və düzgün yerə atmalıdır. Bu yalnız cərimə qorxusu ilə yox, şəxsi mədəniyyətlə bağlı olmalıdır. Bəzən cərimələr olsa da, bu problemi həll etmir. Əsas məsələ insanları maarifləndirmək və ictimai qınaq yaratmaqdır. Avropa ölkələrində, eləcə də Rusiyada və Gürcüstanda insanlar təbiətə daha məsuliyyətli yanaşırlar. İstifadə etdikləri hər şeyi yığıb xüsusi yerlərə atırlar. Azərbaycanda bu mədəniyyət yavaş-yavaş formalaşır. Əvvəllər vəziyyət daha pis idi, indi isə bir qədər müsbət dəyişiklik var. İnsanlar arasında təmizlik mədəniyyəti formalaşmağa başlayıb”. 
Ekoloq vurğulayıb ki, çimərliklərin təmizliyi əsasən yerli icra hakimiyyətlərinin nəzarətində olur. 
“İctimai çimərliklərdə, xüsusilə pulsuz olan ərazilərdə təmizlik işlərini adətən bələdiyyə və ya “JEK” əməkdaşları görür. Özəl çimərlik sahibləri isə bu işə özləri cavabdehdirlər. Lakin ümumi təmizlik işləri təkcə dövlət qurumlarının işi deyil. Bütün cəmiyyət bu işdə iştirak etməlidir. Ekoloqlar və fəallar tez-tez təmizlik kampaniyaları keçirirlər. Məqsəd - nümunə göstərmək və insanlarda bu vərdişi formalaşdırmaqdır. Toplanan zibillərin tərkibinə baxdıqda, təxminən 10-15%-i plastik tullantılardır. Daha sonra 20-30%-i digər bərk tullantılardır hansı ki, metal, kağız və s. Ən təhlükəliləri isə tibbi tullantılar, köhnə şinlər, lampalar kimi xüsusi tullantılardır. Plastik tullantılar ətraf mühit üçün çox təhlükəlidir. Bu materiallar 100 ilə qədər torpaqda və suda qalır, tərkibindəki bisfenol və digər zəhərli maddələr təbiətə zərər verir. Bu tullantılar çaylara, dənizə və torpağa atıldıqda uzun müddət ərzində ətraf mühiti çirkləndirir”. 
Sadiq Həsənov bu problemin yalnız fərdi səylərlə yox, sistemli yanaşma ilə həll etmək lazım olduğunu deyib. 
“Azərbaycanda hazırda zibil yandırma zavodu yalnız Balaxanıda fəaliyyət göstərir. Oraya daşınan tullantılar yandırılaraq zərərsizləşdirilir.
Stokholm Konvensiyasına əsasən, tullantıya səbəb olan şirkətlər də məsuliyyət daşımalıdır. Məsələn, plastik qablar istehsal edən və ya içki satan şirkətlər bu tullantıların utilizasiyasına görə müəyyən öhdəliklər daşımalıdır. Bu proses Azərbaycanda hələ tam başlamayıb, amma ümid edirik ki, yaxın gələcəkdə bu sahədə ciddi addımlar atılacaq”. 


Ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, bəzi vətəndaşlar çimərliklərin təmiz qalması üçün belə zonaların ödənişli olmasını təklif edir:
“Dünyanın heç bir yerində çimərliklərə girişə görə pul alınmır, ödəniş yalnız göstərilən xidmətlərə görə edilir. Biri çimərliyə gəlir və kölgədə dincəlmək istəyir. Əgər ora yerləşdirilmiş çətirin altına keçmək istəyirsə, əlbəttə ki, o zaman xidmətə görə pul ödəyir. Bu normal və ədalətli yanaşmadır. İnsan pul verdiyi şeyin qədrini bilir. Amma pulsuz olduqda təəssüf ki, çox vaxt qiymət bilinmir. Xidmət ödənişli olduqda keyfiyyət yüksəlir: təmizlik işçiləri olur, infrastruktur qorunur. Amma bizdə bu yanaşma fərqlidir. Cəmiyyət olaraq bu məsələlərə bəzən məsuliyyətsiz yanaşırıq. Halbuki vətəndaş özü anlamalıdır ki, küçə də onun evidir. Əgər insan bunu başa düşsə, küçəyə zibil atmaz çünki heç kim öz evini zibilləməz”. 
Ekoloq vurğulayıb ki, cəmiyyəti bu cür ağır qayda pozuntularından yayındırmaq üçün maarifləndirmə əsas yoldur.
“Xüsusilə televiziyalar vasitəsilə geniş ictimai maarifləndirmə işləri aparılmalıdır. Cərimə bəlkə də ən asan və sadə üsuldur. Amma bu problemin köklü həlli deyil. Hətta belə bir metod da tətbiq oluna bilər: yerə zibil atan şəxsə onu təmizlətmək. Bu, bəlkə də insanın qüruruna toxunar və bu yolla tərbiyəvi təsir göstərər. Çünki küçəni zibilləmək asandır, amma onu təmizləmək insana dərs ola bilər. Fikrimcə, insanlarımıza müxtəlif tənbeh metodları tətbiq olunmalıdır. Mən şəxsən cərimələrin tərəfdarı deyiləm, mədəniyyətin, düşüncənin və şüurun tərəfdarıyam. Əslində bizim cəmiyyətin zəif nöqtəsi də elə budur: ictimai mədəniyyətin zəif inkişaf etməsi. Biz başqa ölkəyə gedəndə yerə zibil atmırıq. Amma öz ölkəmizdə rahat şəkildə bunu edirik, hətta irad tutan vətəndaşa qarşı aqressiv davranırıq”. 

“Xüsusilə məktəbl yaşlarındakı uşaqlar vasiəsilə vətəndaşlar utandırmaq, onlara mesaj vermək çox təsirli bir üsul ola bilər,” - deyə Qorxmaz İbrahimli qeyd edib.
“Başqa yolu qalmayıb. Artıq bu problemi təkcə cərimə ilə yox, sosial, mədəni yanaşma ilə həll etməliyik. Qanunvericilikdə də müəyyən boşluqlar var. Əgər qanun yerə zibil atan şəxsin küçəni təmizləməsini və ya ictimai işlərə cəlb edilməsini nəzərdə tutsa, bu həm tərbiyəvi, həm də cəmiyyətə faydalı bir yanaşma olar. Bu metod utandırıcı deyil, əksinə öyrədici və məsuliyyət doğuran bir təcrübədir. Bizdə bəzən insanlar belə işlərdən yayınmağa çalışırlar. Amma bu, düzgün mexanizmlər və nəzarət sistemi qurulmadığı üçündür. Əgər sistem şəffaf və prinsipial işləsə, heç kim məsuliyyətdən qaça bilməz”. 


Hüquqşunas Ramil Süleymanov saytımıza bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının xüsusi olaraq nəzərdə tutulmuş zibil qablarından kənara atılması hallarında fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslər üçün 1.000 manat, hüquqi şəxslər üçün isə 3.000 manat məbləğində cərimələr tətbiq edilir. 
“Bu inzibati xəta il ərzində təkrar olunduqda isə, 266.3-1-ci maddəyə əsasən, daha ağır cərimələr nəzərdə tutulur. Belə ki, təkrar hal zamanı fiziki şəxslər 500 manat, hüquqi şəxslər 2000 manat, vəzifəli şəxslər isə 5000 manatdan 7000 manatadək cərimə edilə bilərlər”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:512
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see354

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see338

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see266

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see205

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see136

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see135

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see133

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see133

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see133

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see127

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see124

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri