Icma.az
close
up
RU
Çin 5 Latın Amerikası ölkəsinə birtərəfli viza güzəşti tətbiq edəcək

Çin 5 Latın Amerikası ölkəsinə birtərəfli viza güzəşti tətbiq edəcək

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin, "COVID-19" pandemiyasından sonra ölkəyə xaricdən səfərləri artırmağı hədəfləyən birtərəfli viza azadlığı proqramına 5 Latın Amerikası ölkəsini daxil edəcəyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien verdiyi açıqlamada Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının viza azadlığından faydalana biləcəyini qeyd edib.

Məlumata görə, sözügedən ölkələrin adi pasport daşıyıcıları 12 iyun 2025–31 may 2026 tarixləri arasında, 30 günü keçməmək şərti ilə Çinə vizasız səyahət edə biləcəklər. Viza azadlığı yalnız iş, turizm, ailə ziyarəti və tranzit məqsədli səfərlərlə məhdudlaşdırılacaq.

Bu beş ölkənin də proqramda yer alması ilə, Çin tərəfindən birtərəfli viza azadlığı tətbiq edilən ölkələrin sayı 43-ə çatıb.

Viza azadlığı qərarı 13 may tarixində paytaxt Pekində keçirilən Çin–Latın Amerikası və Karib Ölkələri Birliyi (CELAC) Forumunun 4-cü Nazirlər Konfransından sonra elan edilib.

Pekin rəhbərliyi "COVID-19" pandemiyası ilə kəsilən xarici səfərləri və turizmi canlandırmaq üçün müxtəlif ölkələrlə viza azadlığı razılaşmaları həyata keçirərək Çinə səyahətləri təşviq etməyə çalışır.

Çin hökuməti, 1 dekabr 2023-cü ildən etibarən Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya və Malayziya vətəndaşlarına birtərəfli olaraq bir il müddətində 15 günlük vizasız səyahət imkanı vermişdi. Çin 26 yanvar 2024-cü ildə Sinqapurla 30 günlə məhdudlaşdırılmış, 28 yanvar 2024-cü ildə isə Tailandla müddətsiz qarşılıqlı viza azadlığı razılaşması imzalamışdı.

İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq 14 mart 2024 tarixindən, Bolqarıstan, Rumıniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Malta, Estoniya, Latviya və Yaponiya isə 30 noyabr 2024 tarixindən viza azadlığı proqramına daxil ediləcək.

Çin, həmçinin 54 ölkənin vətəndaşları üçün digər ölkələrə səyahət zamanı Çindən vizasız tranzit müddətini 10 günə qədər uzadıb.

Hazırda Çin, 18 ölkəyə adi pasport sahibləri üçün qarşılıqlı viza azadlığı tətbiq edir. Türkiyə də daxil olmaqla bir çox ölkə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadlığı mövcuddur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri