Icma.az
close
up
RU
Çin ABŞ ilə ticarət müharibəsində sonadək mübarizə aparacağını bildirib

Çin ABŞ ilə ticarət müharibəsində sonadək mübarizə aparacağını bildirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Çin Prezident Donald Trampın bu ölkədən gələn mallara əlavə 100 faiz rüsum tətbiq edəcəyini bildirməsindən sonra çərşənbə axşamı, oktyabrın 14-də bəyan edib ki, ABŞ-la “ticarət müharibəsində sona qədər mübarizə aparmağa hazırdır”.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Trampın sosial mediada açıqlanan bu qərarı Pekinin keçən həftə Çinin üstünlük təşkil etdiyi nadir torpaq elementlərinin strateji sahəsində yeni ixrac nəzarəti elan etməsinə cavab idi. ABŞ Prezidenti, həmçinin Vaşinqtonun noyabrın 1-dən etibarən “istənilən və bütün kritik proqram təminatına” ixrac nəzarəti tətbiq edəcəyini də açıqlayıb.

Son eskalasiya bazarları qarışdırıb və Trampın çinli həmkarı Si Cinpin ilə Cənubi Koreyada gözlənilən potensial görüşünü sual altına qoyub.

Çin Ticarət Nazirliyinin nümayəndəsi qeyd edib: “Tarif və ticarət müharibələri məsələsində Çinin mövqeyi sabit olaraq qalır. Əgər siz döyüşmək istəyirsinizsə, sona qədər mübarizə aparacağıq, danışıqlar aparmaq istəyirsinizsə, qapımız açıqdır. Birləşmiş Ştatlar yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməklə hədələyərkən, eyni vaxtda dialoq axtara bilməz. Bu, Çinlə əlaqə qurmağın düzgün yolu deyil”.

Tramp bazar günü sosial mediada yazdığı “hər şey yaxşı olacaq” sözləri ilə daha çox hədələyici ritorikasından geri çəkilib və əlavə edib ki, ABŞ Çinə “kömək etmək istəyir”.

Çin malları hazırda Trampın Pekini ədalətsiz ticarət təcrübələrində ittiham etməsi fonunda tətbiq etdiyi azı 30 faizlik tariflər ilə üzləşir. Qarşı tərəfin cavab rüsumları hazırda 10 faiz səviyyəsindədir. Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 6 aylıq toplantısında da Trampın tarif hücumunun qlobal təsiri diqqət mərkəzindədir. Ağ Ev isə tariflərin uzunmüddətli təsirinin ABŞ üçün müsbət olacağında israr etməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri