Çin Afrika dövlətləri ilə birgə “Afrika günəş kəməri” layihəsini həyata keçirmək istəyir AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 9 yanvar, AZƏRTAC
Çinin xarici işlər naziri Van Yi Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, ölkəsi “Afrika günəş kəməri” layihəsini həyata keçirmək üçün qitə ölkələri ilə birgə işləyəcək. Çin Afrikanın “yaşıl və aşağı karbonlu inkişaf” yolunda irəliləməsinə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, Çinin “yaşıl inkişaf” yolunda Afrikanı həmişə dəstəklədiyi bildirilib. Qitədə istifadəyə verilmiş günəş elektrik stansiyalarının ümumi gücü 1,5 giqavatdan çoxdur.
Vurğulanıb ki, Çin-Afrika Əməkdaşlıq Forumunda (FOCAC) irəli sürülmüş “təmiz enerji” layihələri birlikdə həyata keçiriləcək və Çin bu işdə Afrika ilə əməkdaşlıq edəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Yanvar 2025 07:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















