Icma.az
close
up
RU
Avropanın göründüyü Afrika ölkəsi: Mərakeşdən FOTOREPORTAJ AZƏRTAC

Avropanın göründüyü Afrika ölkəsi: Mərakeşdən FOTOREPORTAJ AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Aqrar və mədən sənayesi ölkəsi olan Mərakeş Afrikanın müasir iqtisadi xəritəsində görkəmli yer tutur. Ərəblərin “uzaq Qərb” adlandırdıqları Mərakeşdə Afrika ilə ərəb dünyası - Aralıq dənizinin əlverişli iqlimi ilə Saxaranın yandırıcı hərarəti, həmçinin ultramüasir şəhərləri ilə ölkədə köçəri həyat sürən əhalininn patriarxal həyat tərzi qəribə şəkildə birləşir. Mərakeş Avropadan bir neçə kilometrlik məsafədə yerləşsə də, orada həyat tamam başqa cür yaşanır. Bura təkcə çox dadlı mandarinlərin vətəni deyil, eyni zamanda, çoxəsrlik ənənələrin, arxitektura şedevrlərinin və qeyri-adi mənzərələrin də məskənidir.

Əkinçilik ölkənin yerli əhalisinin əsas məşğuliyyəti sayılır. Köçərilər iri və xırda buynuzlu heyvanlar və dəvələr yetişdirirlər. Xalq sənəti - dulusçuluq, xalçaçılıq, dəri və ağac üzərində oyma işi ilə məşğul olanlar da var. Mərakeş Şimali Afrikada turist axınına görə qabaqcıl ölkə sayılır. Xarici turizm dövlətin büdcəsinə yaxşı gəlir gətirir.

Mərakeşlilər çoxlu çörək yeyirlər və bütün ailələrdə bu nemətə sayğı ilə yanaşırlar. Yeyilməmiş çörəyin artıqları heyvanlara verilir. Əgər evdə heyvan yoxdursa, onu təmizləyici vasitələrlə dəyişdirmək mümkündür. Burada çörək atmaq yasaq ayılır. Başqa bir yasaq qaynar su ilə bağlıdır. Qab yuyarkən və ya çaydanın dibində qaynar su qalıbsa, onu heç vaxt rakovinə tökmək olmaz. Əgər qaynar su dolu çaydanı rakovinə boşaldılanda mütləq soyuq suyu axıra qədər açmaq lazımdır. Ətdən imtina kobudluq sayılır. Sol əllə yemək düzgün hesab edilmir. Yeməyi daha çox işarət barmağından istifadə etmək şərtilə ancaq sağ əllə yemək lazımdır.

Mərakeşdən İspaniyada maşınların necə hərəkət etdiyinə baxmaq olar. Belə deyək ki, Mərakeşi tərk etmədən Avropaya düşmək mümkündür. Qırmızı-qəhvəyi rəngdə olan marokko ağacı ancaq Atlas dağlarının ətəyində yetişir. Bu nadir və çox gözəl ağacdan ancaq “Rolls-Royce”, “Mercedes”, “BMW” markalı avtomobillərin salonlarının hazırlanmasında istifadə edirlər.

AZƏRTAC-ın fotomüxbiri Nicat Haşımov bu yaxınlarda Mərakeşin paytaxtı Rabatda olarkən ölkə həyatının ayrı-ayrı sahələrini əks etdirən maraqlı kadrlar lentə alıb. Mərakeş Kralının daimi iqamətgahı, habelə dövlətin ali orqanları burada yerləşir. Paytaxtda turistləri cəlb edən tarixi abidələr və muzeylər çoxdur: bünövrəsi 1195-ci ildə qoyulmuş, minarəsinin hündürlüyü 69 metr olan Həsən məscidi, Arxeologiya Muzeyi, Mərakeş İncəsənət Muzeyi və s. Rabat özündə həm qədimlik, həm də müasirlik elementlərini qoruyub saxlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri