Çin Avropa yük qatarı Bakıya yola düşüb Orta Dəhliz üzərindən İLK HADİSƏ
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Çinin Hubey əyalətinin Uhan şəhərindən elektron avadanlıqlar, məişət texnikası və gündəlik tələbat malları ilə yüklənmiş Çin-Avropa yük qatarı Bakıya yola düşüb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Uhandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz vasitəsi ilə Bakıya yön alan ilk birbaşa Çin-Avropa yük qatarıdır.
Qatar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstana, oradan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Dəmir yolu və dənizi birləşdirən multimodal nəqliyyat vasitəsilə səyahətin 18 gün ərzində yekunlaşacağı gözlənilir.
Ənənəvi beynəlxalq logistika kanalları ilə müqayisədə bu marşrut daha aşağı geosiyasi risklər, daha güclü təchizat zənciri dayanıqlılığı və daha idarəolunan nəqliyyat əlaqələri imkanları yaradır.
Bundan başqa, bu marşrut Hubeyin ixrac yönümlü müəssisələrinin inkişaf etməkdə olan Avrasiya bazarlarına genişlənməsi üçün yüksək səmərəli və sabit logistika arteriyası təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















