Çin avtomobilləri “Porsche”ni ağlar qoydu
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, şirkətin hazırladığı “Sportwagenschmiede'35” adlı yeni strategiya xərclərin azaldılmasını, fəaliyyətin səmərəliliyinin artırılmasını və bahalı idman avtomobillərinə üstünlük verilməsini nəzərdə tutur.
Plana əsasən, “Porsche”nin ümumi işçi heyəti 25–30 faiz, rəhbər vəzifələrdə çalışanların sayı isə 40 faiz azaldılacaq.
Şirkət bundan sonra daha çox avtomobil satmaq əvəzinə, daha bahalı, keyfiyyətli və eksklüziv modellərin satışına üstünlük verəcək.
Yeni strategiya çərçivəsində bahalı avtomobillərin ümumi satışlarda payı artırılacaq, onların orta qiymətinin isə təxminən 20 faiz yüksəldilməsi nəzərdə tutulur.
Bundan başqa, müştərilərin fərdi sifarişləri əsasında xüsusi avtomobillərin hazırlanmasını təmin edən “Sonderwunsch” proqramından əldə olunan gəlirin altı dəfə artırılması planlaşdırılır.
“Porsche” avtomobil modellərinin müxtəlif versiyalarının sayını da 20 faiz azaldacaq. Bunun nəticəsində hər versiya üzrə orta satış həcminin 30 faiz artacağı gözlənilir.
D və E seqmentlərinə aid avtomobillərin payının isə 45 faiz artırılması nəzərdə tutulur.
Şirkət xərcləri də ciddi şəkildə azaltmağa hazırlaşır. İstehsalatda əməkhaqqı və digər personal xərclərinin 30 faiz, satış və distribusiya xərclərinin 20 faiz, yeni modellərin hazırlanmasına ayrılan vəsaitin 20 faiz, birbaşa material xərclərinin isə 10 faiz azaldılması planlaşdırılır.
“Porsche”nin baş direktoru Mixael Layters bildirib ki, yüksək vəzifəli rəhbərlərin illik mükafatlarının fərdi fəaliyyət nəticələrindən asılı olan hissəsi 10 faizdən 30 faizə qaldırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Oktyabr 2026 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















