Çin buna görə sürətlə inkişaf edib (Video)
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Çində insanların təhsilə verdiyi önəmi əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda insanların zaman və məkandan asılı olmayaraq dərslərinə və mütaliəyə vaxt ayırdıqları görünür. Xüsusilə şagirdlərin ictimai nəqliyyatda belə dərsləri ilə məşğul olması diqqət çəkib.
Metro və digər nəqliyyat vasitələrində yola sərf olunan vaxtı təhsil üçün dəyərləndirən şagirdlərin görüntüləri istifadəçilərin marağına səbəb olub. Onların avtobusda və ya qatarda tapşırıqlarını həll etməsi, kitab oxuması və dərs çalışması sosial şəbəkələrdə paylaşılaraq geniş yayılıb.
Paylaşımı edənlər bu görüntüləri Çində təhsilə və elmə verilən önəmin nümunəsi kimi təqdim ediblər. Bəzi istifadəçilər isə "Təhsil prioritet olduqda nəticə də belə olur" fikrini səsləndirərək görüntülərin üzərində müzakirələr aparıblar.
Sözügedən kadrlar sosial şəbəkələrdə çoxsaylı şərh və reaksiyalara səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Avqust 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















