Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

“Cin çıxarma” görüntüləri gündəm OLDU Reallıq, yoxsa yalan? VİDEO

“Cin çıxarma” görüntüləri gündəm OLDU Reallıq, yoxsa yalan? VİDEO

Icma.az bildirir, Milli.az portalına istinadən.

Sosial şəbəkələrdə özünü "ruqyaçı" kimi təqdim edən şəxsin paylaşdığı video geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, kadrlarda "cin çıxarma seansı" əks olunub və bir seans ərzində "cinin çıxarıldığı" göstərilir. Görüntülərdə həmin şəxsin müxtəlif üsullardan istifadə etdiyi diqqət çəkir.

Videonun şərh bölməsində isə istifadəçilər iki yerə bölünüb. Bəzi izləyicilər bu cür seansların real olduğunu iddia etsə də, əksəriyyət görüntülərin yalan olduğunu düşünür.

Şərhlərdə "insanları aldatmaq üçün hazırlanıb", "psixoloji problemdən istifadə olunur" kimi fikirlər üstünlük təşkil edir. Hətta istifadəçilər videodakı detallara diqqət çəkərək, bunun inandırıcı olmadığını bildirir.

Qeyd edirlər ki, bəzi insanlar yaşadıqları psixoloji problemləri "cin girməsi" kimi qəbul edir və nəticədə tibbi yardımdan yayınırlar. Bu isə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Milli.Az-a açıqlamasında bildirib ki, orta əsrlərdə əsasən təbiblər və rukyəçilər fəaliyyət göstərirdi. Bu şəxslər indinin həkimləri, psixoloqları, psixiatrlarınının funksiyasını yerinə yetirirdilər:

"Hər dövrün öz müalicə metodları, mütəxəssisləri olub. Müsəlman aləmində də fiziki xəstəlikləri təbiblər, loğmanlar, ruhi, psixoloji narahatlıqları isə bəzən din xadimləri bəzən də rukyə edənlər müalicə edirdilər".

Onun sözlərinə görə, rukyə bir növ psixoloji reabilitasiya metodudur. Quran oxumaqla, dualar etməklə xəstəyə psixoloji yardım edilir. Qədim şamanlar adətən dəmir qabları bir-birinə vurmaqla, müxtəlif otları yandırmaqla xəstələri müalicə etməyə çalışırdılar.

T.İrfan nəzərə çatdırıb ki,müsəlmanlar arasında isə rukyə deyilən metod daha geniş yayılmışdır. Qeyd edib ki, cin, şeytan mahiyyəti etibarı ilə yad enerjidir. Kənar enerjinin insanın aurasına müdaxiləsi yaxud təsiri nəticəsində müəyyən psixoloji problemlər yarana bilir. Orta əsrlərdə indiki qədər tibb inkişaf etmədiyi üçün insanlar bu kimi yollarla müalicə olunmağa cəhd edirdilər:

"Rukyə edilən zaman guya cinin dili ilə danışan adamların çoxu elmi və müasir tibbin qaydalarına görə psixoloji problemləri, konkret xəstəlikləri olan adamlardır. O halların hamısının müasir tibbdə diaqnozu və müalicə üsulları var. Şizofreniya, paranormal hallar zamanı insanın qulağına yad, təhrikedici səslər gələ, onu qəribə sözlər və səslərlə danışdıra bilər. Qədim zamanlardan buna cin, şeytan deyirdilər. Sanki narahat adamın daxilindən gələn səsi, xəstəlikdən doğan sayıqlamaları cinin, şeytanın ifadələri kimi qəbul edirdilər. Mahiyyəti etibarı ilə bu inancla elm və müasir tibbin gəldiyi qənaət arasında böyük bir uçurum yoxdur. Qədimdə hər kəsə bu cür elmi, tibbi izah etmək absurd idi. Odur ki, bunu cin, şeytan müdaxiləsi kimi anladırdılar. Rukyə edən də müəyyən qədər rahatladıcı prosedurlar edir, xəstəyə müsbət təsir edən melodik dualar yaxud Quran oxuyur, pasiyent də müəyyən qədər psixoloji yöndən rahatlaşır. Bunu da cinin bədəndən çıxması adlandırırlar".

İlahiyyatçı söyləyib ki, cin, şeytan indiki dillə desək insanda gərginlik yaradan, onu normal haldan çıxaran mənfi enerjidir. Bu enerjini də həkimlər tibbi yolla, dərman preparatları ilə bəzən də psixoloq təlimi ilə uzaqlaşdırırlar. Orta əsrlərdə isə rukyə, dua oxumaq kimi üsullarla uzaqlaşdırırdılar. Həmin üsullar indiyə də gəlib çatıb:

"O ki, qaldı bu kimi işləri müasir tibbi inkar etmək alətinə çevirmək, bu, doğru deyil. Rukyə edənlər əgər tibb elmini bilsələr, bu proseduru tibblə üz-üzə qoymazlar. Ziqmund Freyd dünyanın ən böyük psixoloqlarından biri hesab olunur. Onun əsərlərində də insanın psixoloji dünyasının, ruhi aləminin fiziki cismindən daha dərin, daha mürəkkəb olduğu qeyd olunur. Yəni, hətta müasir tibb də insanın ruhi, psixoloji aləmini tam kəşf edə bilməyib. Ona görə ki, bədənin fiziki hissəsi kimi gözlə görülmür, əllə tutulmur. Təcrübələrlə də tam müəyyən etmək mümkün olmur".

İslam dininin ruhun, cin və şeytanın varlığını qəbul etdiyini deyən T.İrfan nəzərə çatdırıb ki, buna rəğmən onların insana fiziki müdaxiləsi birmənalı qəbul olunmur. Dediyinə görə, əksər din alimləri cin və şeytanın insanların sosial həyatında azdırmaq, vəsvəsə vermək kimi funksiyasını qəbul etsə də fiziki müdaxiləsinin, bədənə girmək kimi izninin olmasını rədd edirlər:

"Ona görə də narahat şəxslər dövrün tələbinə uyğun olaraq ixtisaslaşmış mütəxəssislərə müraciət etməlidirlər. Əgər rukyə kimi prosedurlar onlara fayda verirsə, müalicələrinə müsbət psixoloji təsir göstərirsə, onu da yenə həkim və psixoloqlarla məsləhətdən sonra edə bilərlər".

Müsahibimiz hesab edir ki, rukyə etməyi asan qazanc vasitəsinə çevirmək, dələduzluq vasitəsinə çevirmək doğru deyil. Ağır psixoloji hallarla bağlı yalnız peşəkar həkimlərə, müasir tibb müəssisələrinə müraciət etmək lazımdır:

"Rukyə haqqında da nə vaxtsa elmi, praktiki izah olarsa o zaman məqbul sayıla bilər. Lakin hazırda elm və müasir tibb bunu araşdırmayıb, onun insana necə müsbət təsir etməsi barədə ağıla əsaslanan şərh verməyib. Bəlkə var, lakin mən rast gəlməmişəm. Qədim mənbələrdə isə rukyə kimi vasitələr insanın ruhani problemlərinin aradan qaldırılması üçün o dövrün metodlarından biri kimi təqdim olunub. İbn Sina və İbn Rüşd kimi həkim-filosofların əsərlərində bu kimi vasitələrdən istifadə üsullarına rast gəlmək mümkündür".

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri