Çin də ABŞ a qarşı əks hücuma keçdi
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın andiçmədən dərhal sonra tətbiq etdiyi əlavə məhdudiyyət və rüsumlar bir çox ölkəyə təsir edib. Metal idxalına əlavə rüsumların tətbiqi avtomobil istehsalçılarını xüsusilə çətin vəziyyətə salıb.
Avtosfer.az xəbər verir ki, Avropa ölkələri cavab tədbirləri hazırlayarkən, Çin artıq hərəkətə keçib. Rəsmi Pekin ABŞ-dən idxal edilən mühərrik həcmi 2500 kub santimetri keçən avtomobillər üçün əlavə 10 faiz rüsum tətbiq edib. Bununla da, bu kateqoriyadan olan maşınlara rüsum 25 faizə çatıb.
Qərar Ford şirkətini xüsusilə narahat edib. Çünki şirkətin iri mühərrik həcminə malik avtomobillərinin əsas xarici bazarı elə Çindir.
Mercedes də vəziyyətdən narahatdır. Çünki bu markanın Çin bazarı üçün nəzərdə tutulmuş modelləri əsasən ABŞ-də istehsal edilir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Fevral 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















