Icma.az
close
up
RU
Çin dənizin böyük dərinliklərində elmi stansiya tikir KİV

Çin dənizin böyük dərinliklərində elmi stansiya tikir KİV

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Çin yalnız kosmik sahədə deyil, dənizlərin dərinliklərində də texnoloji sıçrayışa hazırlaşır. Ölkə Cənubi Çin dənizinin səthindən 2 kilometr aşağıda yerləşəcək ən müasir sualtı stansiyanın inşasına start verib”.

Gununsesi.info xəbər verir ki, bu barədə DailyGalaxy məlumat yayıb.

Layihə Çin Elmlər Akademiyası tərəfindən hazırlanıb və artıq tikinti işlərinə başlanılıb. 2030-cu ildə tamamlanması nəzərdə tutulan bu stansiya texnoloji mürəkkəbliyi baxımından üç Beynəlxalq Kosmik Stansiyanın (BKS) birləşməsi ilə müqayisə olunur.

Sualtı obyektin əsas məqsədi dərin dəniz ekosistemlərinin araşdırılması və həmçinin enerji resurslarının öyrənilməsidir. Layihə, Çinin okean tədqiqatları sahəsində ambisiyalarını nümayiş etdirən növbəti addım kimi qiymətləndirilir.

Bildirilib ki, obyektin tikintisi unikal ekosistemin öyrənilməsi məqsədilə hidrotermal ventilyasiyaların yaxınlığında həyata keçirilir. Bu ərazilərdə yerləşən sualtı qeyzerlər ətraf mühitə minerallarla zəngin, yüksək temperaturda isti su püskürdür. Belə ekstremal şəraitdə — yüksək təzyiq və temperatur altında — təkamül keçirmiş 600-dən çox canlı növü burada yaşam mühiti tapır. Yeni stansiya bu nadir ekosistemin araşdırılması üçün mühüm platforma olacaq.

Nəşr yazır ki, Pekin bu qədər mürəkkəb və bahalı bir sualtı tədqiqat stansiyasının tikintisinə vəsaiti yalnız elmi maraq naminə ayırmır. Daha vacib səbəblərdən biri də Cənubi Çin dənizində yerləşən nəhəng metan hidrat ehtiyatlarıdır. Buradakı yataqlarda təxminən 70 milyard ton metan hidrat olduğu ehtimal edilir ki, bu da Çin üçün enerji bazarında dönüş nöqtəsi ola bilər. Bu həcm ölkənin mövcud neft və qaz ehtiyatlarının təxminən yarısına bərabərdir.

Bundan əlavə, Cənubi Çin dənizinin dibi müasir texnologiyalar üçün vacib hesab olunan kobalt, nikel və digər nadir minerallarla zəngindir. Bu mineralların hasilatı Çinə qlobal texnoloji innovasiyalarda strateji üstünlük qazandıra, eləcə də yüksək texnologiyalı sənayelərdə daxili tələbatını ödəməyə imkan verə bilər.


Daily Galaxy qeyd edir: “Sualtı stansiya sadəcə elmi layihə deyil, o, Çinin okean resursları uğrunda qlobal yarışdakı daha geniş ambisiyalarını əks etdirir”.

Çinin digər meqalayihələri

UNIAN xəbər verir ki, Çinin inşa etdiyi “Üç Dərə” su elektrik stansiyasının nəhəng bəndi elə böyük su anbarı yaradıb ki, onun kütləsi Yerin fırlanma sürətinə təsir göstərir. Bu geofiziki dəyişiklik nəticəsində günün uzunluğunda cüzi fərqlər müşahidə olunur.

Onu da qeyd edək ki,

Çin dünyanın ən dərin quyusunu qazmaqla planetin çətin əldə olunan yeraltı resurslarına çıxış əldə etməyi hədəfləyən strateji planını həyata keçirir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri