Çin dünyanın ən böyük atom elektrik stansiyasının ikinci blokunu işə salıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Çində “Çjançjou” atom elektrik stansiyasının ikinci enerji bloku kommersiya istismarına verilib. Bu stansiya gələcəkdə dünyanın ən böyük atom elektrik stansiyası olacaq.
Çin 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır. Bu məqsədlə ölkə qalıq yanacaqlardan imtina edir və ətraf mühitə zərər verməyən enerji mənbələrinə üstünlük verir. Günəş və külək enerjisi hələlik tələbatı tam ödəmədiyi üçün Çin atom energetikasını da sürətlə inkişaf etdirir.
“Çjançjou” AES-in tikintisi gecikmədən, plan üzrə həyata keçirilib. Layihə üzərində işlər on ildən artıqdır aparılır. Stansiya Çin Milli Nüvə Korporasiyası ilə China Guodian şirkətinin birgə layihəsidir.
Birinci enerji bloku 1 yanvar 2025-ci ildə istismara verilib. İkinci blok isə 2025-ci ilin noyabrında enerji şəbəkəsinə qoşulub və bütün sınaqlar başa çatdıqdan sonra 1 yanvar 2026-cı ildən tam fəaliyyətə başlayıb. İkinci blokun gücü 1126 meqavatdır.
Hazırda dünyanın ən böyük atom elektrik stansiyası Yaponiyada yerləşən “Kaşivadzaki–Kariwa” AES hesab olunur. Lakin 2011-ci ildə baş vermiş “Fukuşima” qəzasından sonra onun bəzi reaktorları hələ də işləmir.
Tikinti tamamlandıqdan sonra “Çjançjou” AES altı reaktorla işləyəcək və ildə 60 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Stansiya Futszyan əyalətində yerləşən Syanmen və Çjançjou şəhərlərinin elektrik tələbatının təxminən 75 faizini ödəyəcək.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















