Çin əcnəbi elm və texnologiya mütəxəssisləri üçün yeni viza kateqoriyası tətbiq edir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 avqust, AZƏRTAC
Çin Xalq Respublikasının Dövlət Şurası elm və texnologiya sahəsində gənc əcnəbi mütəxəssislər üçün yeni viza kateqoriyasının tətbiqi barədə qərar qəbul edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, müvafiq qərarı Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan imzalayıb.
Sənədə əsasən, Çinin viza sisteminə gənc elmi-texniki mütəxəssislər üçün “K” viza kateqoriyası əlavə olunacaq. Yenilik “Xarici vətəndaşların ölkəyə giriş-çıxışının idarə edilməsi haqqında” Əsasnaməyə edilən dəyişikliklərin tərkib hissəsidir.
“K” vizasını əldə etmək istəyənlər Çinin səlahiyyətli şöbələri tərəfindən müəyyən olunmuş ixtisas tələblərinə cavab verməli və lazımi təsdiqedici sənədləri təqdim etməlidirlər.
Qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















