Icma.az
close
up
RU
Çini yeni viza proqramı IT sahəsində əcnəbi mütəxəssisləri cəlb edir

Çini yeni viza proqramı IT sahəsində əcnəbi mütəxəssisləri cəlb edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Çinin əcnəbi texnologiya mütəxəssislərini cəlb etmək məqsədi daşıyan yeni viza proqramı bu həftə başlayır. Bu addımın Vaşinqtonla geosiyasi rəqabətdə Pekinin əlini gücləndirəcəyi gözlənilir, çünki ABŞ-ın yeni viza siyasəti potensial müraciət edənləri alternativlər axtarmağa təşviq edir.

AZƏRTAC xəbər verir ki, Çində ixtisaslı yerli mühəndis çatışmazlığı olmadığı halda, proqram Pekinin özünü xarici sərmayələri və istedadları təqdir edən kimi göstərmək səylərinin bir hissəsidir. Belə ki, ABŞ-ın tarifləri ilə bağlı artan ticarət gərginliyi ölkənin iqtisadi perspektivlərini kölgədə qoyur.

“Reuters” xəbər verir ki, Çin xarici investisiyaları və turizmi stimullaşdırmaq, əcnəbi investorlar üçün daha çox sektor açmaq və əksər Avropa dövlətləri, Yaponiya, Cənubi Koreya və digər ölkələrin vətəndaşlarına vizasız səyahət təklif etmək üçün bir sıra tədbirlər görüb.

Avqust ayında elan edilən K vizası elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahəsində gənc beynəlxalq məzunları hədəfləyir və işəgötürənin dəvəti tələb olunmadan ölkəyə giriş, yaşayış və işə düzəlməyə icazə verməyi vəd edir ki, bu da ABŞ-da əmək fəaliyyətinə alternativ axtaran xarici işçilər üçün maraqlı ola bilər.

Bu ayın əvvəlində Donald Tramp administrasiyası texnoloji şirkətlər tərəfindən ixtisaslı əcnəbi işçiləri işə götürmək üçün geniş istifadə olunan H-1B iş vizalarına şirkətlərdən ildə 100.000 dollar ödəməyi tələb edəcəyini açıqlamışdı.

Digər ölkələr, o cümlədən Cənubi Koreya, Almaniya və Yeni Zelandiya da bacarıqlı miqrantları cəlb etmək üçün viza qaydalarını yumşaldır.

İmmiqrasiya ekspertləri qeyd edirlər ki, K vizasının əsas cəhəti onun H-1B vizasına müraciət edənlər üçün başlıca maneələrdən biri hesab edilən işəgötürənə sponsorluq tələbinin olmamasıdır.

Verilən vədlərə baxmayaraq, K vizası maneələrlə üzləşir. Çin hökumətinin təlimatlarında “yaş, təhsil və iş təcrübəsi” ilə bağlı qeyri-müəyyən tələblər sıralanır. Həmçinin maddi həvəsləndirmə, işlə təmin olunma yardımı, daimi yaşayış yeri, ailə sponsorluğu barədə də məlumat yoxdur. ABŞ-dan fərqli olaraq, Çin nadir hallar istisna olmaqla, əcnəbilərə vətəndaşlıq vermir.

Digər maneə dildir: əksər Çin texnoloji şirkətləri bu ölkənin dilində fəaliyyət göstərir və qeyri-çin dilində danışanların imkanlarını məhdudlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri