Çin İrana raket qurğuları tədarük ediləcəyi barədə mediada yayılan xəbəri təkzib edib
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəsmi Pekin cümə axşamı, iyulun 30-da İranın bir neçə həftə ərzində Çin istehsalı olan 400-ə qədər hava hücumundan müdafiə raket qurğusu alacağı barədə mediada yayılan xəbəri təkzib edib.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirilən brifinqdə Pekinin müvafiq məsələlərlə bağlı mövqeyini dəfələrlə açıq şəkildə bildirdiyini deyib. Onun sözlərinə görə, Çin münaqişə tərəflərini sülhə çağırır və münaqişəyə son qoyulmasına çalışır, mediada yayılan xəbərin isə heç bir əsası yoxdur.
Çərşənbə günü Pakistan da İslamabadın həmin yük üçün tranzit keçidi təmin edəcəyi xəbərini qətiyyətlə rədd edib.
Pakistanın hərbi mediasının nümayəndəsi “Anadolu” agentliyinə bildirib ki, bütün bu fərziyyələr əsassızdır və həqiqətə uyğun deyil.
“Reuters” isə bir gün əvvəl bildirib ki, ABŞ ilə müharibə dövründə müdafiə qabiliyyətini bərpa etməyə çalışan İranın həftələr ərzində hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını alacağı gözlənilir. Agentlik adının çəkilməsini istəməyən mənbəyə istinadla iddia edib ki, tərəflər arasında razılaşdırılmış plana əsasən, ilkin tədarük Çinin qərbindəki Urumçidən təyyarə ilə həyata keçiriləcək və İrana çatmazdan əvvəl Pakistandan tranzit yolu ilə daşınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 İyul 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















