İsrail BMMT yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı Qəzza zolağında ağır humanitar vəziyyətdə qalan mülki əhalinin müdafiəsi və dəstəyi üçün səylərini davam etdirir.
Bu barədə APA-ya Beynəlxalq Mülki Müdafiə Təşkilatından məlumat verilib. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli üzv dövlətləri humanitar təşəbbüsə dəstək göstərməyə çağırış edib.
Bununla əlaqədar, İsrail Hökuməti rəsmi şəkildə humanitar təşəbbüsə icazə verib. Bu icazə humanitar yardımın təhlükəsiz, koordinasiyalı və səmərəli şəkildə İsrail ərazisindən keçməklə zərərçəkmiş mülki əhaliyə çatdırılmasına imkan yaradacaq.
BMMT rəhbərliyi qeyd edib ki, İsrail tərəfinin göstərdiyi konstruktiv əməkdaşlıq təşkilatın humanitar fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Təşkilat həmçinin vurğulayıb ki, bütün humanitar əməliyyatlarda neytrallıq, müstəqillik və humanizm prinsipləri rəhbər tutulur və bu çərçivədə bütün tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















