Çin lideri: Dünya nizamı pozulub
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin Xalq Respublikasının sədri Si Cinpin Yaxın Şərqdəki münaqişə ucbatından dünyanın xaos içində olduğunu bildirib və Çinin onun həllinə dəstək verəcəyinə söz verib.
"Yeni Sabah" Bloomberg-ə istinadən xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançeslə görüşdə o deyib:
"Beynəlxalq nizam dağılır. Həm Çin, həm də İspaniya prinsipial və dürüst ölkələrdir. Hər iki tərəf cəngəllik qanununa qayıdışa qarşı durmaq üçün ünsiyyəti gücləndirməli və sıx əməkdaşlıq etməlidir".
Sançes Çin və Avropa İttifaqı arasında daha güclü əlaqələrin tərəfdarı olub.
O, iki ölkənin müasir dünyanın müxtəlif ziddiyyətlərinə və geosiyasi mürəkkəbliklərinə həll yollarının tapılmasına töhfə verə bilməsi üçün Pekində olduğunu bildirib.
Cinpin ondan əvvəl Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zaid Ali-Nəhyan ilə görüşündə Çinin Yaxın Şərqdə konstruktiv rol oynamağa davam edəcəyini təsdiqləyib. Bu danışıqların protokollarında İranla münaqişə xüsusi qeyd olunmasa da, tərəflərin Yaxın Şərqdə və Fars körfəzi bölgəsindəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıqları qeyd edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Aprel 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















