Icma.az
close
up
RU
Qubada aqrar müəssisələrə və meyvə bağlarına baxış keçirildi Fotolar

Qubada aqrar müəssisələrə və meyvə bağlarına baxış keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı rayonda görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan növbəti işgüzar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, aqrar sahədə çalışan mütəxəssislər, Quba rayonu üzrə aqrar sahə ilə bağlı yaradılmış Qərargah üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı İlqar Mahmudov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Quba rayonunda görülən işlərdən danışıb. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, bu sahənin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi müəyyən edilməsindən bəhs edib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, rayonda məhsuldarlığın artırılması, yeni bağların salınması və emal müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. İlqar Mahmudov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli şəkildə icrası üçün bütün resursların səfərbər olunacağını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov və Sarvan Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov dövlət proqramının əhəmiyyətini vurğulayıblar. 2026–2030-cu illəri əhatə edən bu sənədin icrasının ölkənin ərzaq təhlükəsizliyinin təminatında və ixrac potensialının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Görüşdən sonra RİH başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov və Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov 6 ay ərzində kənd təsərrüfatı sahəsində görülmüş işlərlə yerində tanış olub, yeni salınmış intensiv  meyvə bağlarına baxış keçirib, yaradılan şərait və istehsal prosesi ilə tanış olub, sahibkarların qayğıları ilə maraqlanıblar.










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri