Çin markası Avropanın ən bahalısını keçdi Gələcəyin texnologiyası
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın Papenburq test trasında keçirilən sınaqda “Yangwang U9 Xtreme” modeli saatda 496,4 kilometr sürət toplayaraq adi yollarda sürülməsinə icazə verilən avtomobillər arasında dünya rekordunu yeniləyib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə Çinli “BYD” şirkətinin lüks brendi olan “Yangwang”ın hiperavtomobili, “Bugatti Chiron Super Sport”un 490,5 km/saat göstəricisini geridə qoyaraq tarixi nailiyyətə imza atıb.
Rekord sınağı alman sürücü Mark Bassengin idarəsində həyata keçirilib. Papenburqdakı yüksək sürətli test meydançasında baş tutan bu cəhd zamanı Basseng avtomobilin imkanlarını son həddinə qədər yoxlayıb: “Bu texniki baxımdan daxili yanma mühərriki ilə mümkün deyil. Nə güc dəyişməsi, nə səs var – tamamilə yola fokuslana bildim”.
Rəsmi adı ilə “U9X”, hazırda Çində satışda olan “U9” modelinin xüsusi modifikasiya olunmuş versiyasıdır. Rekord sınağı üçün avtomobilin enerji sistemi 800 voltdan 1200 volta yüksəldilib. Yeni nəsil “Blade” batareyası 30C kimi yüksək boşalma göstəricisinə malikdir və nəzəri olaraq bütün enerjisini cəmi iki dəqiqəyə sərf edə bilir.
Avtomobilin dörd elektrik mühərriki 30 min dövr/dəq sürətlə fırlanır və ümumilikdə 3000 at gücündən artıq enerji istehsal edir. Gücün yola ötürülməsi üçün yarı-slik təkərlər və xüsusi tənzimlənmiş “DiSus-X” asqı sistemi istifadə olunub. Şirkət cəmi 30 ədəd “U9 Xtreme” istehsal ediləcəyini açıqlayıb.
“BYD” şirkətinin vitse-prezidenti Stella Li hadisəni belə dəyərləndirib: “Bu, inanılmaz dərəcədə qürurverici an oldu. “Yangwang” imkansız sözünü qəbul etmir. İndi dünyanın ən sürətli seriya istehsalı avtomobili elektriklidir”.
100 km/saat sürəti 2.36 saniyəyə yığan avtomobilin qiyməti 250 min dollardan (təxminən 430 min manat) bahadır.
Beləliklə, elektrikli avtomobillər artıq təkcə ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi deyil, həm də dünyanın ən sürətli avtomobilləri kateqoriyasında tarix yazmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:3D istehsalat: Gələcəyin inqilabi texnologiyası
15 Yanvar 2025 15:07
Avropanın qorxuları çin olur VİDEO
04 İyul 2025 13:42
“Fənərbaxça” Avropanın ən güclüsüdü!
02 İyun 2025 18:18
Avropanın ən sürətli superkompüteri
06 Sentyabr 2025 10:26
Avropanın ən gözəl qadını
15 Sentyabr 2025 23:50
Baxış sayı:76
Bu xəbər 05 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















