Icma.az
close
up
RU
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb. Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik "Jenmin Jibao" qəzeti, bir milyard izləyici auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən "Global Times" qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə, səfər çərçivəsində ÇXR Sədri Si Cinpinlə görüşünə, imzalanan sənədlərə, ümumiyyətlə, son illər hərtərəfli inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayımlayıblar.

Çinin milli xəbər agentliyi olan Sinxuanın "Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb" başlıqlı məqaləsində deyilir ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub-saxlayıb, iki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sinxua yazır ki, Azərbaycan və Çin bir-birinin milli dövlət suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü, milli şəraitə uyğun inkişaf yolunu dəstəkləyir. Məqalədə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığından da söz açılıb.

Sinxua agentliyi dövlət başçılarının imzaladığı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın mətnini də yayımlayıb.

Agentlik Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.

"China Global Television Network" (CGTN telekanalının internet səhifəsində "Çin Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq qurur" başlıqlı yazıda qeyd olunur ki, Azərbaycan Prezidentinin Çinə səfər zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan ediblər.

"Altai News Network" saytı yazır ki, Azərbaycan və Çin bir-birinə hörmət və etimadla yanaşır, bütün sahələrdə əməkdaşlığı, iqtisadi-ticari əlaqələri, o cümlədən rəqəmsal iqtisadiyyat, yaşıl enerji, elm və texnologiya sahələrində əməkdaşlığı genişləndirir, xalqlar arasında təmasların daha da sıxlaşmasına çalışırlar. Bundan başqa, tərəflər hakim partiyalar arasında əlaqələrin dərinləşməsi, beynəlxalq və regional məsələlərdə əlaqələndirmənin gücləndirilməsi istiqamətində səylərini davam etdirirlər.

Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən çox sayda xəbər hazırlayaraq oxucularına təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see300

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see168

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see114

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see111

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri