Çin müdafiə nazirindən sərt açıqlama: Ya sülh, ya da müharibə ilə olacaq
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Çin Tayvanın müstəqilliyinə icazə verməyəcək, dünya sülh və müharibə arasındadır”.
Teleqraf xəbər verir ki, bunu Çin müdafiə naziri Donq Jun deyib.
Müdafiə naziri Çinin daxili işlərinə qarışmamaq və regional münaqişələr fonunda gərginliyi artırmamaq barədə xəbərdarlıq edib.
“Dünya indi başqa bir yol ayrıcındadır: sülh və ya müharibə, dialoq və ya qarşıdurma”, - Jun vurğulayıb.
Müdafiə naziri Tayvanın Çinin bir hissəsi olduğunu qeyd edib: “Xalq Azadlıq Ordusu birləşməni müdafiə etməyə qadir güclü vasitədir”.
Donq Jun əlavə edib ki, Pekin heç vaxt Tayvanın müstəqillik səylərinin uğurlu olmasına imkan verməyəcək.
“Çin istənilən vaxt istənilən xarici hərbi müdaxilənin qarşısını almağa hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















