Icma.az
close
up
RU
Çin nümayəndləri “Azərişıq” ASC nin Qarabağda gördüyü işlərlə tanış olub FOTOLAR

Çin nümayəndləri “Azərişıq” ASC nin Qarabağda gördüyü işlərlə tanış olub FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Azərişıq” ASC ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfər edən Çinin “Dongfang Electronics Corporation” şirkətinin rəhbər heyəti  16-17 yanvar tarixlərində Füzuli, Hadrut və Şuşada görülən yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Qarabağa səfər ediblər. 

"Unikal" xəbər verir ki, Korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət səfərin ilk günündə Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi və Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə gediblər. 

“Azərişıq” əməkdaşları qonaqları mərkəzlərlə tanış edib, tətbiq olunan innovativ yeniliklər, SCADA sistemi və yarımstansiyanın iş prinsipləri barədə məlumat veriblər.  Yanvarın 17-də qonaqlar Şuşa şəhərinə səfər edərək Şuşa Elektrik Şəbəkə Rəqəmsal İdarəetmə Mərkəzində olublar.  “Dongfang Electronics Corporation”-nın baş direktor müavini Şitan Cao Azərbaycan dövləti tərəfindən Qarabağda qısa zaman ərzində həm elektrik təsərrüfatı, həm də infrastrukturun yüksək səviyyədə qurulduğunu bildirib.  O qeyd edib ki, “Azərişıq” ASC-nin Qarabağda inşa etdiyi güc mərkəzləri ən müasir standartlara cavab verir. Mərkəzlər innovativ yeniliklər, elektrik təsərrüfatında yüksək texnokogiyalarla təchiz edilib və beynəlxalq standartlara tam cavab verir. Şitan Cao Qarabağda ümumi görülən yenidənqurma işlərini Azərbaycanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğuru kimi qiymətləndirib.  

Daha sonra “Donfang Electronics Corporation” şirkətinin rəhbər heyəti üçün Şuşa şəhərində ekskursiya xarakterli gəzinti təşkil edilib. Qonaqlar Vaqif məqbərəsi və Şuşa qalasında olublar.  Tarixi abidələr haqqında nümayəndə heyətinə geniş məlumat verilib.

Xatırladaq ki, COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çin Xalq Respublikasının "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədi ilə görüş keçirib. 

Yanvarın 13-də “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər ediblər. 19 yanvara qədər davam edəcək səfər çərçivəsində qonaqlar həm Bakıda, həm də Qarabağda “Azərişıq” ASC tərəfindən görülən işlərlə tanış olublar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Yanvar 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri